Heydər Əliyev şəxsiyyəti gənclərin xatirəsində
Dünən Gəncliyə Yardım Fondunda (GYF) ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına əsasən, mərasim Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə baş tutub. Tədbir Azərbaycan Respublikasının himninin səsələnməsi ilə başlayıb.
Mərasimdə ilk olaraq UHeydər Əliyev və müstəqil AzərbaycanF mövzusunda keçirilən videofilmlər müsabiqəsində qalib gələn videofilm nümayiş olunub. Tədbiri giriş sözü ilə açan BŞGİBİ-nin rəisi Rafiq Abbasov ulu öndərin 40 illiik fəaliyyəti haqqında danışıb. O, çıxışında ümummilli liderin SSRİ məkanında Azərbaycanın tanıdılmasında gördüyü işlərdən, onun hakimiyyətə gəlməsi ilə ölkəmizdə baş verən dəyişikliklərdən söz açıb.
UO gənclərimizi xaricdə təhsilə yönəldən bir şəxsiyyətdir. Bu gün yaşadığımız qanunvericilik, təqdim etdiyimiz sənədlər Heydər Əliyevin adı ilə bağlıdır. 2007-ci ilin UGənclər iliF kimi elan olunması da gənclərimizə olan diqqətin nümünəsidirF- deyən UUğurF Gəncləri Maarifləndirmə İctimai Birliyinin (UGMİB) sədri Əlövsət Allahverdiyev ulu öndərin gənclərimizə göstərdiyi qayğı və ehtiramı xüsusi vurğulayıb.
Tədbirin davamında Azərbaycan Alim Aspirant Magistrlar Cəmiyyətinin sədri İlqar Orucov, Müasir Gənclər Birliyinin sədri Mübariz Aşurlu və digərləri ümummilli liderin həyat və fəaliyyəti haqqında öz fıkir və təəssuratlarını bölüşüblər. Qeyd edək ki, mərasimin sonunda UHeydər Əliyev irsini öyrənirikF kursunun dinləyicilərinə fəxri fərmanlar verilib.