PDF Oxu

Sosial

  • 9

1969-cu il iyulun 14-ü xalqımızın tarixində yeni parlaq səhifədir

1969-cu il iyulun 14-ü xalqımızın tarixində yeni parlaq səhifədir
1969-cu il iyulun 14-ü Azərbaycan tarixinin parlaq səhifələrindən biridir. Bu tarix ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrüdür. Ulu öndər hər zaman vətəninə, xalqına sadiq qalıb, Azərbaycanın dünyada tanınmasına nail olub, ölkəmizdə bütün sahələrin sürətli inkişafını təmin edib. Heydər Əliyevin hakimiyyətə gəldiyi tarix Azərbaycan xalqının həyatında yeni parlaq səhifə açıb. Bizimlə söhbətində YAP Siyasi Şurasının üzvü, 91 vətənpərvər ziyalılarının nümayəndəsi, əməkdar müəllim, filologiya elmlər doktoru, professor, ADPU-nin elmi işlər üzrə prorektoru Vilayət Əliyev ona ünvanlandığımız "Ulu öndərin Azərbaycanda rəhbərliyə gəlməsindən ötən 40 ilin ölkəmizin inkişafında, beynəlxalq aləmdə imicinin dahada möhkəmlənməsində, xalqın sosial-rifah halının yaxşılaşdırılmasında və dövlətimizin gələcək strategiyasının müəyyənləşdirilməsində rolunu necə qiymətləndirirsiniz" sualına belə münasibət bildirdi:
- Azərbaycanın xilaskarı, ulu öndərimiz, ümummilli lider Heydər Əliyevin 1969-cu il iyul ayının 14-də hakimiyyətə gəlişi ölkəmizin siyasi-iqtisadi, mədəni və həmçinin, sosial həyatının yüksək səviyyədə inkişafına səbəb oldu. Bu inkişafı ölkə əhalisinin bütün təbəqələri hiss etdi, gördü. Azərbaycanda yeni iş yerlərinin açılması, zavodların, fabriklərin, müəssisələrin fəailiyyətə başlaması Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin xalqına olan sevgisi, bağlılığı hər bir insan üçün nümunə olmalıdır. Onun millətinə və vətəninə olan bu sevgisi daima xalqının mənafeyinə, milli maraqlara uyğun şəkildə qərar verməsində, Azərbaycanın müstəqilliyi uğrunda göstərdiyi misilsiz xidmətlərdə özünü göstərir. Ümummilli lider Heydər Əliyev çox çətin siyasi vəziyyətlərlə qarşılaşdıqda, elə dəqiq qərarlar verərdi ki, bu qərarlar siyasi çətinlikləri qətiyyətlə dəf edərdi.
Azərbaycanda bütün sahələrin - idmanın, siyasətin, iqtisadiyyatın, mədəniyyətin, təhsilin inkişaf etdirilməsi Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilib. O, bütün sahələrə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Heç bir sahəni öz qayğısından, nəzarətindən kənarda qoymurdu. Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən tarixə nəzər salsaq, görərik ki, onun böyük əməyi nəticəsində Azərbaycanda SSRİ dövründə yeni yaşayış binaları tikilərək istifadəyə verildi, ölkədə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üçün böyük saraylar inşa edildi, əməkhaqqları artırıldı, ölkənin siyasi, iqtisadi, ictimai həyatında canlanma baş verdi və bir sözlə, heç kimin təsəvvür edə bilməyəcəyi qədər yüksək sürətlə Azərbaycan inkişaf etdi. Xalqımız Heydər Əliyevə qəlbən bağlandı və onun daim rəhbər vəzifədə olaraq ölkəni idarə etməsini istədi. Millətimiz çox yaxşı başa düşürdü ki, Heydər Əliyevdən başqa heç kim Azərbaycanı yüksək səviyyədə idarə edə bilməz və heç kim ölkəmizi çətin vəziyyətdə onun qədər güçlü qoruya bilməz.
Hamıya məlumdur ki, ölkənin inkişafı onun iqtisadiyyatının güclü olması ilə bağlıdır. Heydər Əliyev də iqtisadiyyatın inkişafına xüsusi önəm verərək bugünkü güclü iqtisadiyyatımızın təməlini qoydu. 1969-cu ildən etibarən 1982-ci ilə qədər ölkədə milli gəlirin xeyli artması , kənd təsərrüfatı məhsullarının, sənaye istehsalının və digər istehsal sahələrindəki artımın müşahidə olunması iqtisadiyyatın sürətli inkişafının sübutudur.
Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründə, bütün sahələrə olduğu kimi, təhsil sahəsinədə diqqət və qayğı göstərdi. Ümummilli liderimizin rəhbərliyi altında yeni məktəblər inşa olundu, maddi-texniki baza formalaşdırıldı və bir çox tədbirlər həyata keçirildi.
Azərbaycan müstəqillik qazandıqdan sonra 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev həmin ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident seçildikdən sonra Azərbaycanı çətin vəziyyətdən qurtardı və bütün dünyada tanıtdı. Ölkəmiz günü-gündən inkişaf etdi və bütün sahələrdə uğurlar qazandı. Hazırda ulu öndərin siyasi kursunu çox yüksək səviyyədə davam etdirən cənab Prezident İlham Əliyev Heydər Əliyev ənənələrinə sadiq qalaraq Azərbaycanı sürətlə inkişaf etdirir. Xalq Heydər Əliyevə və İlham Əliyevə hər zaman inanıb, inanır və inanacaq da.

Digər xəbərlər