PDF Oxu

Sosial

  • 7

Sosial inkişafa, tərəqqiyə və davamlı sabitliyə aparan yüksəliş

Sosial inkişafa, tərəqqiyə və davamlı sabitliyə aparan yüksəliş
Bu bir faktdır ki, güclü və müstəqil olmaq üçün güclü iqtisadiyyat lazımdır. O da məlumdur ki, azad iqtisadiyyatın inkişafına yönəldilmiş iqtisadi islahatlar kursunun ardıcıl davam etdirilməsi, yalnız güclü siyasi hakimiyyətin sayəsində mümkündür. Azərbaycanda da iqtisadi transformasiya prosesinin dönməz xarakter almasında siyasi hakimiyyətin gücü və iradəsi həlledici rol oynamaqdadır. Bu, ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin davamçısı ölkə Prezidenti İlham Əliyevin iqtisadi quruculuq sahəsindəki fəaliyyətinin nəticəsində həyata keçirilir. Təsadüfi deyil ki, xarici ekspertlər ölkənin siyasi rəhbərliyi tərəfindən ictimai sabitliyin təmin edilməsini və milli iqtisadiyyatın formalaşdırılması sahəsində strateji addımların atılmasını ölkəmizin mövcud potensialının reallaşdırılması üçün "imkanlar pəncərəsi" kimi dəyərləndirirlər. Sözsüz ki, bu "pəncərə"nin yaratdığı imkanlardan maksimum və daha səmərəli istifadə edilməlidir.
Dövlət başçısı İlham Əliyev sosial proqramların da uğurla icra olunduğunu diqqətə çatdıraraq bildirir ki, əldə olunan iqtisadi nailiyyətlərin nəticəsində Azərbaycan böyük nailiyyətlər əldə etmişdir: "İqtisadiyyat 2,6 dəfə, sənaye potensialı 2,5 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 3-4 dəfə aşağı düşmüş, büdcə xərcləri 10 dəfədən çox artmışdır. Ölkədə böyük sosial proqramlar icra edilməyə başlanmışdır. Bir sözlə, son beş il ərzində Azərbaycan çox böyük addım atmışdır və bu möhkəm zəmin əsasında biz gələcəyə ümidlərlə baxırıq. Birinci üç ayda Azərbaycanda ümumi daxili məhsul 4,1 faiz artmışdır. Hesab edirəm ki, böhranlı il üçün bu, çox böyük nəticədir. Ən sevindirici hal ondan ibarətdir ki, bu üç ayda qeyri-neft sektorunda inkişaf təxminən 14 faiz olmuşdur. Bu da son beş il ərzində aparılan islahatların nəticəsidir. Onun nəticəsidir ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində əməli-praktik addımlar ata bilmişdik və bunların nəticələrini artıq görürük".
Etiraf edək ki, sürətli sosial-iqtisadi inkişafın yeni mərhələsini yaşayan ölkəmiz bu gün bir sıra beynəlxalq, qlobal layihələrin fəal iştirakçısıdır. Davamlı sosial-iqtisadi inkişafa, gələcək tərəqqiyə, xalqın əbədi firavanlığına hesablanmış ulu öndər Heydər Əliyev siyasi kursu bu gün öz həqiqiliyini və əbədiyaşarlığını işdə və əməldə sübut edir. Prezident İlham Əliyev tərəfindən həmin siyasi kursun uğurla davam etdirilməsi nəticəsində isə iqtisadiyyatımızın inkişafı getdikcə sürətlənir. Ölkənin büdcə imkanları ilbəil artır ki, bu da əhalinin güzəranının daha da yaxşılaşdırılmasına şərait yaradır. Bütün bu deyilənlər isə əməli işə, konkret rəqəmlərə söykənir. Belə ki, son 6 ildə ölkəmizdə davamlı inkişafın təminatçısı olan bir sıra mühüm dövlət proqramları qəbul olunub, iqtisadiyyata və sosial sahələrə əsaslı investisiya qoyuluşları davam etdirilib, qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə çoxsaylı yeni iş yerləri yaradılıb, minimum və orta aylıq əməkhaqlarının, təqaüdlərin məbləği dəfələrlə artırılıb. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla reallaşdırılması nəticəsində ölkənin tarazlı, balanslaşdırılmış inkişafının təmin edilməsi istiqamətində konkret addımlar atılıb, bölgələrdə yeni infrastruktur obyektləri yaradılıb, yollar çəkilib, səhiyyə və tədris ocaqları, idman-sağlamlıq mərkəzləri inşa olunub.
Bütün bunlar ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi islahatlar konsepsiyası cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərini əks etdirməyə daha əminlik yaradır. Bu konsepsiya ölkədə həyata keçirilən radikal iqtisadi islahatların başlıca istiqaməti kimi çıxış edir və Qərb standartlarına əsaslanan bazar mexanizmlərinin inkişafı ilə şərtlənir. Təbii ki, bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatların sistemli və ardıcıl mahiyyətini ifadə edir.
Dövlət Proqramının daha böyük ictimai rezonansa səbəb olması və ölkənin sosial-iqtisadi həyatında əlamətdar hadisə kimi dəyərləndirilməsi məhz bu amillə şərtlənirdi. Bölgələrdə yaşayan vətəndaşların zəruri arzu və istəkləri, eləcə də, onları narahat illərdən bəri narahat edən, qayğılandıran ən incə məqamlar belə Prezidentin diqqətindən kənarda qalmayıb. Ümumiyyətlə, Prezidentin siyasətinin əsas qayəsi regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə etməklə iqtisadiyyatın dinamik inkişafına, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir. Dövlət başçısının tapşırıqlarına görə, Azərbaycan hökuməti qarşıdakı illər ərzində yerlərdə kənd təsərrüfatının, qeyri-neft sənaye sahələrinin, o cümlədən, emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda yeni iş yerlərinin açılmasını təmin etməlidir. Fermer təsərrüfatlarının inkişafı, fermerlərə uzunmüddətli kreditlərin verilməsi kimi zəruri məsələlər də diqqətdən qaçırılmamışdır.
Digər vacib məqam ölkə iqtisadiyyatının neftdən asılılıq dərəcəsinin azaldılmasıdır və bunun üçün, ilk növbədə, regionların istehsal potensialından düzgün istifadə etmək, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. "Neft bizim üçün əsas məqsəd deyil, vasitədir" deyən Prezident İlham Əliyev "qara qızıl"dan qazanılan gəlirlərin ölkənin digər həyati əhəmiyyətli sahələrinin inkişafına yönəltməyi iqtisadi siyasətdə prioritet istiqamət sayır.
Ümumiyyətlə, bugünün reallıqları ulu öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" fikrinin həqiqətə söykəndiyini bir daha təsdiqləyir.

Digər xəbərlər