PDF Oxu

Sosial

  • 9

“Azərbaycan İnternəşnl” jurnalının təsisçisinə Hafiz Paşayev adına mükafat təqdim olunub

“Azərbaycan İnternəşnl” jurnalının təsisçisinə Hafiz Paşayev adına mükafat təqdim olunub
Dünən ABŞ səfirinin Bakıdakı iqamətgahında "Azərbaycan İnternəşnl" jurnalının təsisçisi Pirus Xanlıya və jurnalın baş redaktoru Betti Bleyerə ABŞ-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə töhfəyə görə Hafiz Paşayev adına mükafat təqdim olunub. ABŞ-ın ölkəmizdəki səfiri Ann Ders bu münasibətlə fikirlərini açıqlayıb: "Pirus və Betti "Azərbaycan İnternəşnl" jurnalının səhifələrində Azərbaycanın qapılarını amerikalılar üçün açmışlar". Diplomat bildirib ki, 1993-cü ildə yarandığı vaxtdan nəşr öz səhifələrində Azərbaycan xalqına, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına, musiqisinə, mətbəxinə və ənənələrinə həsr olunmuş yazılara xüsusi yer ayırıb. Tədbirdə iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev jurnalın təsisçilərini təbrik edib. O, nəşrin yaranma tarixindən və bu istiqamətdə qarşıya çıxmış çətinliklərdən danışıb. Hafiz Paşayev ABŞ-Azərbaycan münasibətlərinin inkişafında jurnalın gördüyü işlərin əhəmiyyətini vurğulayıb. Hafiz Paşayev adına mükafat 2008-ci ildə təsis edilib. Bu mükafat ABŞ ilə Azərbaycan arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafına töhfələr vermiş insanlara təqdim olunur.

Digər xəbərlər