PDF Oxu

Sosial

  • 15

Layihə müsabiqəsi ilə bağlı treninq-məşğələlər keçirilir

Layihə müsabiqəsi ilə bağlı treninq-məşğələlər keçirilir
Mətbuat Şurasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi layihə müsabiqəsi ilə bağlı treninq-məşğələlərə başlanılıb.
Treninq-məşğələlər qruplar üzrə keçirilir. Hər qrup üçün məşğələlər saat 10-dan 14-dək omaqla 3 gün müddətinə nəzərdə tutulub. Digər qrupun məşğələlərinə gələn həftənin ilk iş günündən start veriləcək.
Məşğələlər müstəqil ekspertlər Aydın Kərimov və Nigar Atabəyli tərəfindən aparılır. Treninqin ilk günü tədbirə 30-dək KİV təmsilçisi qatılıb. Əvvəlcə iştirakçılara təlimin məqsədi, təşkili və iş qaydası haqqında məlumat verilib. Sonra layihə təklifinin yazılması, müsabiqə qaydaları, layihələrin strukturu və mövzuları barədə söhbət açılıb. Treninq-məşğələlərdə qruplar üzrə layihə təklifinin hazırlanması, qrupların işinin təqdimatı və müzakirələrin aparılması da nəzərdə tutulur.

Digər xəbərlər