PDF Oxu

Sosial

  • 16

İndoneziyalı deputatlar Heydər Əliyev Fondunda olublar

İndoneziyalı deputatlar Heydər Əliyev Fondunda olublar
İndoneziya parlamentində İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri iyunun 24-də Heydər Əliyev Fondunda olublar.
Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Fondun əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir. İndoneziyalı qonaqlar ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, dahi şəxsiyyət haqqında kitablarla tanış olmuş, Fondun xatirə kitabına ürək sözlərini yazmışlar. Buradan zəngin təəssürat aldıqlarını bildirən qonaqlar Fonda xatirə hədiyyəsi təqdim ediblər. Qonaqlara da Fondun məqsədi, vəzifəsi və fəaliyyəti ilə bağlı bukletlər hədiyyə olunub.

Digər xəbərlər