Təhsil daima dövlətin diqqət mərkəzindədir
Ölkəmizdə elmə, təhsilə dövlətimizin diqqət və qayğısı danılmazdır. Təhsilin yüksək səviyyəyə qaldırılması istiqamətində dövlətimizin gördüyü işlərdən əlavə Heydər Əliyev Fondunun gördüyü işlər də yüksək əvəzsizdir. Respublikamızın hər bir yerində fəaliyyət göstərən elm təhsil və tərbiyə məktəbləri kimi 20 saylı məktəb-liseyin də Prezident İlham Əliyevin göstərişi ilə yenidən təmir edilərək, müasir standartlara cavab verən avadanlıqlarla təmin edilməsi burada təhsilin keyfiyyətinə böyük təsir göstərmişdir.
Qeyd edək ötən tədris ilinin başlanğıcında Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 20 salyı məktəb-liseydə olmuş, təmirdən sonra görülmüş işlərlə tanış olub, burada təhsilin bundan sonra daha da yüksələcəyinə əminliklərini vurğulamışlar. Məhz bundan sonra adıçəkilən təhsil ocağında təlim-tədrisin və təhsilin səviyyəsi, sözün əsil mənasında, dəyişmişdir. Bu günlərdə məktəbdə 28 May Respublika Günü, 15 İyun Milli Qurtuluş Günü ilə bağlı keçirilən ənənəvi tədbirlərdə direktor Əkbər Qocayev də rəhbəlik etdiyi pedaqoji kollektivin üzrinə düşən vəzifələrdən və şagirdlərin ölkəmizin daha işıqlı gələcəyi naminə əldə etdiyi biliyin səviyyəsindən bəhs etmişdir. Qeyd etmişdir ki, ölkə başçısı Prezident İlham Əliyev cənablarının məktəbin yenidən təmir-bərpası üçün göstərişi ilə 2 milyon manat maliyyə ayrılması və təhsil ocağına müasir tədris avadanlıqlarının gətirilməsi vətənimizdə dövlətin təhsilə olan diqqət və qayğının ən yüksək göstəricilərindən hesab olunur. Ə.Qocayev məktəbin təmirindən sonra müasir tədris avdanlıqları ilə yanaşı Heydər Əliyev Fondunun əyani vəsaitləri ilə də təmin edildiyini bildirdi. Məktəbin respublikamızda ən qabaqcıl təhsil ocaqlarından biri olduğunu qeyd edən direktor pedaqoji kollektivdən bu il 3 nəfərin ilin ən yaxşı müəllimi müsabiqəsində iştirak edərək yer tutduğunu, bundan əlavə Prezident İlham Əliyevin 2008-2012-ci illəri əhatə edən Elektron məktəb pilot layihəsi çərçivəsində bir sıra vacib addımların atldığını nəzərə çatdırdı. Bu ildə məktəb üçün çox uğurlu başlanğıc olduğunu, tədris ilinin yekununda 255 məzunun buraxılış imtahanlarına buraxıldığını və 13 nəfərin isə imtahanlardan kənarlaşdırıldığını bildirən Ə.Qocayev qarşıdakı tərdis ilində daha yüksək nailiyyətlər əldə edəcəklərinə əminliyini ifadə etdi.
20 saylı məktəbin ən qabaqcıl siniflərindən olan 5 v sinifi və onun rəhbəri Üzülfət Umayeva da son illər təhsilə göstərilən diqqətdən ürək dolsu bəhs etdi. Ömrünü pedaqoji fəaliyyətə həsr edən Ü.Umayeva bir gün də olsun məktəbdən uzaq qala bilmədiyini və öz şagirdlərinə böyük sevgi ilə yanaşdığını dilə gətirdi. Şagirdlərinin elmi hazırlıq səviyyəsi ilə yanaşı onlarda vətənpərvərlik ruhunun daha da yüksəlməsi, sərbəst fikir ifadə etmələri, özlərini suveren güclü dövlətin vətəndaşa kimi hiss etmələri baxımından xüsusi əmək sərf etdiyini bildirən Ü.Umayeva rəhbəri olduğu 5 v sinifində əlaçı şagirdləri olan Əli Hüseynovla, Rzayeva Cəvahirlə, Salahova Sevda ilə, Abbaszadə Ülviyyə, Dadaşzadə Gülsümlə və adlarını sadaladığı digər şagirdləri ilə mənəvi qida aldığını, onların sevinci ilə sevindiyini vurğuladı. "İlin ən yaxşı fənn kabineti" müsabiqəsinin qalibi olan Ü.Umayevanın sinifi bundan sonra da təhsilin və savadlı gələcəyimizin təminatı naminə üzərlərinə düşən vəzifəni yüksək səviyyədəyerinə yetirəcəklərini bildirdilər.