PDF Oxu

Sosial

  • 14

Əli Həsənov: “Qeyri-hökumət təşkilatları haqqında qanuna ediləcək dəyişikliklər beynəlxalq standartlara uyğundur”

Əli Həsənov: “Qeyri-hökumət təşkilatları haqqında qanuna ediləcək dəyişikliklər beynəlxalq standartlara uyğundur”
Qeyri-hökumət təşkilatları haqqında qanuna ediləcək dəyişikliklər beynəlxalq standartlara uyğundur.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, əvvəllər Azərbaycanda xarici QHT-lər istədikləri şəkildə fəaliyyət göstərirdisə, qanuna ediləcək dəyişikliklərdən sonra nəzərdə tutulan ölkələrarası müqaviləyə əsasən işləyəcəkdir.
Əli Həsənov demişdir: bu qanun Azərbaycanda mövcud QHT-lər üçün heç bir problem yaratmayacaqdır. Yəni, mövcud QHT-lər müəyyən olunmuş qaydada qeydiyyatdan keçir, fəaliyyət göstərir, qanunvericiliyə müvafiq olaraq, strukturlaşdırılmış şəkildə işlərini davam etdirirlər. Dəyişikliklər yeni yaranan QHT-lərlə də heç bir problem yaratmayacaqdır. Qanunda, əlbəttə, beynəlxalq standartlara uyğunlaşdırma, dövlətlərarası münasibətlərin gücləndirilməsi ilə bağlı müəyyən məsələlər nəzərdən keçiriləcəkdir.

Digər xəbərlər