PDF Oxu

Sosial

  • 10

Ölkəmizdə yoxsulluq problemi həllini tapmaqdadır

Ölkəmizdə yoxsulluq problemi həllini tapmaqdadır
Son illərdə ölkəmiz istər iqtisadi, istərsə də hərbi potensialına görə, region ölkələri arasında liderliyini qoruyub saxlamaqdadır. Əsası ümumilli liderimiz, ölkəmizdə iqtisadi islahatların və inkişafın əsasını qoyan Heydər Əliyevin uğurlu siyasəti bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Məhz bütün bunların nəticəsidir ki, ölkəmizdə yoxsulluğun səviyyəsi 13 faizə düşüb, bundan əlavə, son 5 ildə respublikamızda 750 mindən artıq yeni iş yerləri yaradılıb. Bu da iqtisadi uğurların bariz nümunəsidir. 2004-2008- ci illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı", "2003-2005-ci illər üçün Azərbaycan Respublikamızda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə" dövlət proqramlarının icrası nəticəsində əhalinin işsizlik problemi həll edilmiş, yoxsulluğun səviyyəsi 13 faizə qədər aşağı düşmüşdür. Belə ki, ölkəmizdə yoxsulluğun səviyyəsi 2005-ci ildə 29,3 %, 2007-ci ildə 15,8 % təşkil edib. Sözsüz ki, ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Regionların sosial-iqtisadi inkişafı (2009-2013) Dövlət Proqramı"nın icrası nəticəsində regionlarda soial-iqtisadi problemlər tamamilə həllini tapmış olacaq. Həmçinin, ötən il ölkə başçısının təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın icrası nəticəsində ölkəmizdə yoxsul vətəndaş qalmayacaq. Xatırladaq ki, adıçəkilən proqramda 9 strateji məqsəd var. Maqroiqtisadi sabitliyin qorunması, əhalinin gəlir əldə etmə imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azaldılması və.s. Sözsüz ki, bütün bunlar ölkə rəhbərliyinin qarşıya qoyduğu əsas prioritet məsələlərdəndir.
Ekspertlərin fikrincə, Bakı şəhərinin müasirləşməsi, abadlaşması, eləcə də regionlarda sosial infrasturukturun yaxşılaşdırılması ölkəmizə turizm axınının artımına səbəb olcaq amillərdəndir. Bu da, onu deməyə əsas verir ki, Azərbaycanda neft sahəsi ilə yanaşı, qeyri-neft sektoru da inkişaf etdirilir. Yeni sənaye, emal müəssisələrinin yaradılması da Azərbaycanın iqtisadi uğurlarından xəbər verir.  Təbii ki, bütün bunlar ölkə əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Digər xəbərlər