PDF Oxu

Sosial

  • 12

QHT-lərin vətəndaş cəmiyyəti quruculuğunda rolu kifayət qədər böyükdür

QHT-lərin vətəndaş cəmiyyəti quruculuğunda rolu kifayət qədər böyükdür
Ölkəmizdə gedən ictimai-siyasi proseslər və, vətəndaş cəmiyyəti quruculuğunda QHT-lərin rolu kifayət qədər böyükdür. Məhz bu və digər amilləri nəzərə alındığındandır ki, 2007-ci il 12 dekabrda ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən QHT-lərə dövlət dəstəyi konsepsiyası qəbul edilmişdir.
Bu isə Azərbaycanda vətəndaş cəmiyyətində, QHT sektorunda yeni mükəmməl və inkişaf baxımından gələcəyə istiqamətlənmiş bir mərhələni açmışdır. Təbii ki, hüquqi-demokratik dövlət quruculuğu prosesində inamla irəliləyən Azərbaycanda qəbul edilən qanunlar və həyata keçirilən islahatlar, yalnız insanların daha yaxşı və rahat yaşamasına hesablanıb.
QHT-lərə maliyyə yardımının edilməsi geniş bir mexanizmdir. Bu, təşkilatın inkişafına böyük imkanlar yaratmaqla bərabər, həm də cəmiyyətin inkişafında müəyyən nailiyyətlərin əldə edilməsinə təkan verir. Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində görülən işlərdə milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin, qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədilə 2009-cu ilin dövlət büdcəsində 2,8 mln man vəsait ayrılmışdır. Bu da QHT-lərin xarici fondların qrantlarına göz dikməyərək, müstəqil dövlətin göstərdiyi maliyyə yardımı ilə öz təşkilatlarını geniş şəkildə inkişaf etdirmək imkanı verir. QHT-lər diaspor, milli ideologiya, elm və maarifləndirmə, qanunların icrasına nəzarət, demoqrafik vəziyyət, uşaq, yeniyetmə və gənclərin inkişafı, səhiyyə, ekoloji və digər sahələrə maliyyə vəsaiti ayrılıb. Amma maraqlıdır ki, QHT-lərə maliyyə yardımının ayrılması xaricdəki, eləcə də daxildəki, bəzi qüvvələri ciddi narahat edir. Onlar dedi-qoduya üstünlük verən qadınlarsayağı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında böhtan xarakterli ifadələr səsləndirirlər. Hətta bir qədər də ifrat həyasızlığa yol verərək, şuranın sədri Azay Quliyevi sifarişli qərarlar verməkdə ittiham edirlər.
A.Quliyev haqqın da səslənən yalanlara, böhtanlara diqqət verməməklə Şura sədrliyinə ən layiqli şəxs olduğunu sübuta yetirdi. Təbii ki, ictimaiyyət umacları ona-buna şər-böhtan atmaqdan yoğrulan ünsürlərin haradan və kimlərdən kömək aldıqlarını yaxşı başa düşdüklərindən onlara əhəmiyyətsiz yanaşırlar. Çünki, on dəfələrlə "SOROS", "Avrasiya" kimi xarici fondlara layihələr təqdim edən, ancaq bir dəfədə olsun müsbət cavab ala bilməyən üzdən iraq QHT rəhbərləri susmağa üstünlük veriblər. Dövlət büdcəsindən QHT-lərə maliyyə vəsaitinin ayrılmasından sonra isə qaragüruh meydan qəhrəmanları olduqlarını göstərməyə çalışırlar.
Diqqət çəkən biabırçı hal həmi də, odur ki, Şuranın ayırdığı maliyyə vəsaitindən bəhrələnmək imkanı olan bəzi QHT-lər də, hay-küy salan xor dərnəyinin solistləri sırasında yer tutur. Onlar beynəlxalq təşkilatlara "donos"lar ünvanlayır, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını məhkəmələrə verəcəkləri ilə hədələyirlər. Söz yox ki, Azərbaycanın uğurlarına sevinməyən daxili və xarici qüvvələr əvvəllər də olub və bu gün də mövcuddur. Belələrinin ifşa edilməsi üçün gərəkdir ki, mətbuatda vicdan senzurasına üstünlük versin. Hər halda istək və niyyət bunu deməyə əsas verir.

Digər xəbərlər