PDF Oxu

Sosial

  • 20

Mətbuatın inkişafı hər zaman dövlətin diqqət mərkəzindədir

Mətbuatın inkişafı hər zaman dövlətin diqqət mərkəzindədir

Məlum olduğu kimi, Prezident İlham Əliyev Mətbuata Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının və fondun icraçı direktorunun təsdiqlənməsi haqqında sərəncam imzalayıb. Mətbuata yardımların ədalətli qaydada paylanmasında Müşahidə Şurasının üzvülərinin səlahiyyətləri nə dərəcədədir? Bu və ya digər suallarla KİV rəsmilərinə müraciət etdik.


Akif Aşırlı,
"Şərq" qəzetinin baş redaktoru:

- Mətbuata Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının fəaliyyətindən müsbət nəticələr gözləyirəm. Onların böyük səlahiyyətləri və imkanları var. Gözləyək, hələ onlar fəaliyyət göstərsinlər və ondan sonra onların fəaliyyətlərinə qiymət verərik. Ümumiyyətlə, belə bir fondun yaradılması böyük nailiyyətdir. Bu, ölkə rəhbərinin, mətbuatın inkişafına diqqət və qayğısının tərkib hissəsidir. Belə hesab edirəm ki, mətbuata Dövlət Dəstəyi Fondunun fəaliyyəti KİV-in inkişafına daha da təkan verəcək.


Yunus Oğuz,
"Olaylar" qəzetinin baş redaktoru:

- Mən onların bu fəaliyyətini müsbət qiymətləndirirəm və Dövlət Dəstəyi Fondunun fəaliyyəti kütləvi informasiya vasitələrinin inkişafına yaxşı təsir edəcək. Hesab edirəm ki, onlar ədalətli, obyektiv fəaliyyət göstərəcək. Bir məsələni də qeyd edim ki, əgər kim bu fonddan qrant almaq istəsə, lahiyə yazıb verəcək və yaxud da kredit almaq istəsə, əsaslandıracaq ki, bu krediti nəyə görə alır.


Cəmaləddin Quliyev,
"Paritet" qəzetinin baş redaktoru:

- Mətbuata Dövlət Dəstəyi Fondunun yaradılması ilə bağlı Prezident İlham Əliyevin sərəncamı var idi. Dövlət Dəstəyi Fondu haqqında proqram qəbul olunmuşdur və bu proqramda göstərilmişdir ki, mətbuatla bağlı dövlət tərəfindən hansı tədbirlər nəzərdə tutulacaq və həyata keçiriləcək. Fikrimcə, mətbuata bu yardımların paylanması ədalətli və demokratik qaydada həyata keçiriləcək. Hesab edirəm ki, təşkilati məsələlər başa çatandan sonra fond səmərəli fəaliyyət göstərəcək və qarşıya qoyulan məsələlərin öhdəsindən uğurla gələcək, eləcə də, fondun yaradılması mətbuatın inkişafına yaxşı təsir göstərəcək.

Digər xəbərlər