PDF Oxu

Sosial

  • 16

“Sosial müavinətlər üçün büdcədən 4 mlrd man-dan çox pul ayrılıb”

“Sosial müavinətlər üçün büdcədən 4 mlrd man-dan çox pul ayrılıb”
Son illərdə ölkə iqtisadiyyatında sürətli inkişaf qeydə alınıb, əhalinin həyat səviyyəsi xeyli yüksəlib, beynəlxalq sahədə əlaqələr daha da genişlənib. Xüsusilə, qeyd etmək lazımdır ki, büdcə gəlirlərində əməkhaqlarının, pensiyaların, təqaüdlərin və digər sosialyönümlü sahələrin maliyyələşdirilməsi üçün kifayət qədər resurs var. Yəni, büdcənin üçdə biri, 33 faizi birbaşa həmin sahələrə aiddir. Əməkhaqı, pensiya və sosial müavinətlər üçün büdcədən 4 mlrd man-dan da çox pul ayrılması nəzərdə tutulub.
Bu il 2008-ci illə müqayisədə həmin sahəyə 790 mln man çox vəsait ayrılıb. Bu fakt onu göstərir ki, dövlət büdcəsindən sosailyönümlü sahələrə ayrılan vəsaitlərin artırılması dövlətin əhalinin sosial təminatını yüksək qiymətləndərdiyini göstərir. Bu isə, o deməkdir ki, yeni 2009-cu ildə əhalinin sosial təminat sahəsində problemləri qalmayacaq.
Bir faktı da vurğulamaq lazımdır ki, son illər pensiya və müavinətlərin artırılması, ənənəvi olaraq, ilin əvvəlinə təsadüf edirdi. Hətta ötən il müharibə əlilləri və şəhid ailələri, məcburi köçkünlərin müavinətləri də ilin əvvəlində artırılıb. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar, yaxın vaxtlarda bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin sığorta hissəsi artırılacaq. Artımın nə vaxtdan tətbiq ediləcəyi isə ölkə başçısının imzalayacağı sərəncamdan asılı olacaq.
Millət vəkili Musa Quliyev bildirdi ki, əmək pensiyalarının sığorta hissəsinin maliyyələşdirilməsi üçün 2009-cu ildə 450 mln man və ya cari ilə nisbətən 112 mln man, yaxud 31 faiz çox vəsait tələb olunacaq. Ancaq bu artımlar gözlənildiyi kimi, ilin əvvəlində deyil, ikinci yarısında reallaşa bilər: "İqtisadi xərclər, infrastruktur xərcləri, bütün dövlət xərcləri, sosial məsələlərin həllinə yönəldilən xərclər Azərbaycanın mövqelərini getdikcə möhkəmləndirib. Əhalinin yaşayış səviyyəsi də ötən illərlə müqayisədə tədricən yaxşılaşmışdır. Bir faktı qeyd etməklə sosial sahədəki inkişafın necə sürətlə artdığını diqqətə çatdırmaq istərdim. 2008-ci ildə yaşa görə əmək pensiyalarının baza hissəsi 50 faiz artmışdır. Bu, MDB-də pensiyaların məbləği nisbətən yüksək olan ilk 5 dövlət arasında ən yüksək artımdır. Həmin göstərici üzrə ikinci yerdə olan Belorusdakı artımdan 2,5 dəfə çoxdur. Belə faktları bütün sahələr üzrə göstərmək olar. Əməkhaqlarının, sosial müavinətlərin artması, yeni iş yerlərinin yaradılması, beynəlxalq standartlara tam uyğunlaşdırılmış istehsal müəssisələrinin yaradılması, ümumi daxili məhsul istehsalının həcminin ildən-ilə artırılması və digər düşünülmüş amillər dövlət büdcəsinin də artmasına gətirib çıxarıb".
M.Quliyev bildirdi ki, bu ilin büdcəsi daha çox sosialyönümlüdür. Daha dəqiq desək, sosialyönümlü xərclərin xüsusi çəkisi 33 faiz proqnozlaşdırılıb. Bu da 4 mlrd 24 mln man deməkdir. Bu göstərici 2008-ci illə müqayisədə 24,4 faiz çoxdur: "2009-cu ildə sosial müdafiə və sosial təminat xərclərinin, o cümlədən, yoxsulluq səviyyəsinin azaldılmasında müstəsna əhəmiyyət kəsb edən minimum əməkhaqqının, sosial müavinətlərin və digər sosial təyinatlı xərclərinə pensiya sistemlərində islahatların dərinləşdirilməsi qarşıya qoyulan əsas məsələlərdəndir".
Qeyd edək ki, əmək pensiyalarının sığorta hissəsinin maliyyələşdirilməsi üçün 2009-cu ildə 450 mln man və ya cari ilə nisbətən 112 mln man, yaxud 31 faiz çox vəsait tələb olunacaq. Pensiya xərclərinin tərkibində sığorta hissəsinin payı 27,1 faiz təşkil edir ki, bu da cari ilə nisbətən 1,3 bənd yuxarıdır və sistemdə sığorta prinsiplərinin getdikcə gücləndiyinin bilavasitə göstəricisidir.
M.Quliyev bildirdi ki, pensiya və müavinətlərin əhaliyə çatdırılması xərcləri üçün 21,2 mln manat və ya 2008-ci ilə nisbətən 32 faiz çox vəsait nəzərdə tutulub ki, bu da il ərzində əhaliyə ödənişlərin artması və bank ödənişlərində plastik kartlara keçidin proqnozlaşdırılması ilə bağlıdır: "Növbəti ildə əmək pensiyalarının baza hissəsinin əlavələrlə birlikdə maliyyələşdirilməsi üçün nəzərdə tutulan məbləğ, əvvəlki illə müqayisədə 24,4 faiz, sığorta hissəsinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan məbləğ isə 31 faiz çox proqnozlaşdırılır. 2009-cu ildə əmək pensiyalarının baza hissəsinin artırılması, sığorta hissəsinin isə indeksləşdirilməsi nəticəsində onun orta aylıq məbləğinin 107-108 man-a çatacağını demək mümkündür".

Digər xəbərlər