PDF Oxu

Sosial

  • 10

MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ MƏLUMAT YAYIB

MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ MƏLUMAT YAYIB
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində son günlər keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində Irandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan şəxslər ifşa olunaraq zərərsizləşdirilmiş, onlardan 18 kiloqram 500 qrama yaxın narkotik vasitə akşar edilərək götürülmüşdür.
Belə ki, Bakı şəhər sakinləri - Gülmira Əliyeva və bacısı Elmira Rəhmanova, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətirmişlər.
Məlum olmuşdur ki, Gülmira Əliyeva bacısı Elmira Rəhmanova ilə birgə İranın Məşhəd şəhərini ziyarət edib Azərbaycana qayıdan zaman İranın Astara şəhərində hazırda şəxsiyyəti istintaqla apaşdırılan Cəmşid adlı İran vətəndaşından içərisində heroin olan iki bağlama almışlar. Gülmira Əliyeva və Elmira Rəhmanova həmin bağlamaları öz üzərlərində gizlədib gömrük məntəqəsindən qanunsuz olaraq Azərbaycan ərazisinə keçirmiş və sonra ziyarətdən qayıtdıqları "Mersedes" markalı avtobusla Bakı şəhərinə gətirmişlər. Onlar Bakı Dəniz Vağzalının yanında avtobusdan düşərkən saxlanılmış, baxış zamanı üzərlərindən 478,7 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi digər bir əməliyyat tədbiri nəticəsində "Azərbaycan-Rusiya" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması cəhdinin qarşısı alınmışdır.
Belə ki, Gəncə şəhər sakinləri - Rəna Nəsirqızı və bacısı Mehriban Nəsirqızı onların Namiq adlı qardaşı oğlunun verdiyi narkotik vasitələri öz üzərlərində gizlədib "Mersedes" markalı avtobusla Rusiyanın Moskva şəhərinə hərəkət edərkən saxlanılmış, baxış zamanı 6 kiloqarmdan artıq narkotik vasitə olan həşiş aşkar edilərək götürülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Rais Heydərov və İran İslam Respublikasının vətəndaşı Behzad Dadigər saxlanılmış, onlardan 12 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.
Məlum olmuşdur ki, Behzad Dadigər və hazırda şəxsiyyəti istintaqla araşdırılan Abdulla adlı həmyerlisi ilə birgə içərisində heroin gizlədilmiş 20 ədəd polietilen kisəni yük maşını vasitəsilə İrandan Azərbaycana göndərmişlər.
Bundan sonra Abdullanın göstərişinə əsasən Dadigər Behzad Bakı şəhərinə gəlmiş və burada Rais Heydərovla görüşmək barədə razılaşmışlar. Abdulla Behzad Dadigərə, götürəcəyi narkotiklərin bir hissəsini Rais Heydərova, qalan hissəsini isə sonradan özünün deyəcəyi şəxsə verməyi tapşırmışdır. Əvvəlcədən əldə olunan razılığa əsasən Behzad Dadigər Rais Heydərovla "Azneft" adlanan meydanda görüşmüş və onlar sonuncunun idarə etdiyi "Infiniti" markalı avtomobildə "Sədərək" Ticarət Mərkəzinə gəlmişlər. Onlar qeyd olunan 20 ədəd kisənin saxlanıldığı anbardan 2 ədəd kisəni götürüb Bakı şəhərinə qayıdarkən saxlanılmış, avtomobilə keçirilmiş baxış zamanı gizlədilmiş həmin kisələrin içərisindən 4 kiloqrama yaxın heroin aşkarlanmışdır. Bundan sonra qalan 18 kisənin saxlanıldığı anbara keçirilmiş baxış nəticəsində də həmin kisələrin içərisindən əlavə daha 8 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.
Hər üç faktla bağlı başlanılmış cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər