PDF Oxu

Sosial

  • 9

“Xaricdə təhsil-Dövlət Proqramı” internet saytının təqdimat mərasimi keçirildi

“Xaricdə təhsil-Dövlət Proqramı” internet saytının təqdimat mərasimi keçirildi
Dünən Azərbaycan Respublikası Təhsil Nazirliyində "Xaricdə təhsil-Dövlət Proqramı" internet saytının (www.xaricdetehsil.edu.gov.az) təqdimat mərasimi keçirildi. Tədbirdə yeni saytı hazırlayan şirkətin rəhbəri Fərid İsmayılzadə yeni sayt barədə ətraflı məlumat verdi.
Onun sözlərinə görə, bu elektron bazada Dövlət Proqramına aid hüquqi-normativ sənədlər toplusunun dərc edilməsi, "Seçim qaydaları"na uyğun mütəmadi olaraq xarici ölkələrin ali məktəblərinə qəbul haqqında müvafiq elanların yerləşdirilməsi nəzərdə tutulub. Bundan əlavə, internet saytda təhsil alanların təhsil aldıqları ölkə, ali məktəb, ixtisas, təhsil pilləsi, təhsilə başlama və məzunolma müddətləri haqqında ətraflı məlumatlar əks olunacaq, məzunlar və yaxın zamanda məzun olacaq tələbələr barədə məlumatlar yerləşdiriləcək. Eyni zamanda, Dövlət Proqramı ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edənlər üçün də xüsusi yer ayrılıb.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov qeyd etdi ki, Prezident İlham Əliyevin 2007-ci il sərəncamı ilə təsdiq edilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" 2007-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən həyata keçirilməkdədir. Onun sözlərinə görə, hazırda Dövlət Proqramı çərçivəsində dünyanın 17 ölkəsinin yüksək reytinqə malik olan 81 ali məktəbində təhsilin müxtəlif pillələrində Azərbaycan üçün əhəmiyyət kəsb edən prioritet ixtisaslar üzrə 186 nəfər təhsilini davam etdirir. "Ümumilikdə isə, dövlət xətti ilə hazırda xarici ölkələrdə 1000-ə yaxın Azərbaycan vətəndaşı təhsil alır. Bu il isə proqram vasitəsilə 200 gəncin xarici ölkələrdə təhsil alması nəzərdə tutulur. Dövlət Proqramının şərtlərinə əsasən, bu tələbələrin bütün xərcləri dövlət tərəfindən ödənilməkdədir. Yeni saytın yaradılmasında da məqsəd 2007-2015-ci illərdə gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində təhsil alanların seçim qaydaları, təhsil alanalar barədə ictimaiyyəti məlumatlandırmaq, xarici ölkələrin ali məktəblərindən məzun olanların işlə təmin olunmasıdır" deyə təhsil naziri bildirdi.

Digər xəbərlər