PDF Oxu

Sosial

  • 11

Dünya miqyasında məşhur olan Fikrət Əmirov

Dünya miqyasında məşhur olan Fikrət Əmirov
Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov ötən əsrin istedadlı bəstəkarı olaraq dərin dramatizmli əsərlər yaradaraq, milli mədəniyyətimizə yeni nəfəs əlavə etmişdir. Dünyaca məşhur olan sənətkar irsi hər zaman diqqətdədir və tədqiq olunur. Fikrət Əmirov irsinin tədqiqatçısı net-nəşrləri və səsyazmaları şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Tamilla Məmmədova onun yaradıcılıq ştrixlərindəki əsas keyfiyyətləri xarakterizə etdi:
- Zəmanəmizin məşhur bəstəkarı Fikrət Əmirovun bəstəkarlıq sahəsindəki yaradıcılığı, ictimai-siyasi fəaliyyəti geniş və rəngarəngdir. Fikrət Əmirovun yaradıcılığı çoxmillətli keçmiş ittifaqın hər yerində, dünyanın bir sıra xarici AHŞ, Fransa, Meksika, Belçika, İngiltərə, Almaniya, Bolrıstan, Çexoslovakiya, Polşa, Rumıniya, Türkiyə, Mərakeş, İran, İsveç, İraq, Misir, Suriya və başqa ölkələrdə geniş tanınmış, böyük dinləyici kütləsinin məhəbbət və hörmətini qazanmışdır.
Musiqi mədəniyyətinin görkəmli xadimləri arasında layiqli yer tutan məşhur sənətkarımız Fikrət Əmirovun yaradıcılığı geniş, bədii maraq dairəsi çoxcəhətlidir. Musiqidə elə bir janr yoxdur ki, bəstəkar ona müraciət etməsin. Əmirov operanın, baletlərin, simfoniyaların, simfonik muğamların, simfonik poemaların, süitaların, kapriççionun, fortopiano üçün konsertlərin, musiqili komediyaların, mahnı və romansların müəllifidir.
Xəlqilik, incəsənətimizin nəcib ənənələrinə əsaslanan vətəndaşlıq pafosu və humanizm ruhu, incə lirizm, səmimilik və emosionallıq onun musiqisinin gözəl xüsusiyyətidir.
Fikrət Əmirov musiqisinin böyük şöhrət tapmasının əsas səbəblərindən biri onun dərin milli zəminə bağlılığıdır. Milli musiqi mədəniyyətinin ilk mənbələrinə yaxınlıq və folklor musiqisinin ülvi surətdə klassik formalara sintezi Fikrət Əmirovu Üzeyir Hacıbəyov ənənələrinin bilavasitə davamçısı kimi səciyyələndirməyə imkan verir. O, Ü.Hacıbəyovun ənənələrini davam etdirməklə, ölkəmizin musiqi mədəniyyətinin inkişafında böyük rol oynamışdır.
Fikrət Əmirov xalqın musiqi dilini, musiqi təfəkkürünü elə dəqiqliklə dərk edirdi ki, onlar bəstəkarın öz üslubunun, musiqi dilinin elementlərinə çevrilirdi. Janrından asılı olmayaraq, Fikrət Əmirovun əsərlərində melodiyanın böyük rolu da onun musiqisinin ən mühüm üslub xüsusiyyəti lirikanın üslünlüyü ilə bağlıdır. Təsadüfi deyil ki, XX əsrin dahi bəstəkarı D.Şostakoviç yazmışdır: "Fikrət Əmirov musiqisinin canı melodiyadadır".
Fikrət Əmirovu həm simfonik orkestr üçün musiqi, həm də səhnə musiqisi cəlb edirdi. Onun səhnə musiqisi sahəsində ilk örnəkləri "Ürəkçalanlar" və "Gözün aydın" operettaları bəstəkarın lirik əhvali-ruhiyyəsinin düşkünlüyünün, istedadının parlaq melodik təbiətini göstərirdi. Eni zamanda, bu operattalar Fikrət Əmirovun parlaq və geniş musiqi xarakteristikalarına meyilli olduğunu da nümayiş etdirirdi.
Məhz buna görə də, onun operettalarındakı bir çox mahnılar melodiyasının zənginliyinə, səmimiliyinə və milli zəminə bağlığına görə geniş yayılmış və şöhrət qazanmışdır. Yaradıcılığında mühüm yer tutan simfonik əsərlərdə Fikrət Əmirovun fərdi, özünəməxsus üslubu aydın şəkildə özünü göstərir. Simli orkestr üçün yazılmış "Nizami" simfoniyası Fikrət Əmirovun ən uğurlu əsərlərindən biridir. Nizaminin xatirəsinə həsr edilmiş simfoniya böyük şairin anadan olmasının 800 illiyi münasibətilə yazılmışdır.
Simfoniyada Nizaminin ümumiləşmiş obrazı yaradılmışdır. Bəstəkar bu simfoniyadan sonra süitalar, rapsodiyalar, simfonik muğam kimi yeni formalı əsərlər yazmışdır. 1948-ci ildə F.Əmirov "Şur" və "Kürd ovşarı" simfonik muğamlarını yaradır və tezliklə dünyada şöhrət qazanaraq, Dövlət mükafatına layiq görülür. F.Əmirovun simfonik muğamları professional şifahi ənənə formasını bəstəkar yaradıcılığı sahəsində həyata keçirmək yolunda mühüm mərhələ olmuşdur. İki tip musiqi təfəkkürünün xalq (muğam) ilə Avropa klassik musiqisinin sintezi kimi meydana gələn simfonik muğamlar, eyni zamanda, milli simfoniyamızı dünya incəsənətinin geniş meydanına çıxarmışdır. Dünyanın görkəmli dirijorlarından olan Leopold Stokovski Boston Filarmoniyası orkestrinin ifasında "Şur" və "Kürd ovşarı" muğamlarına dirijorluq etmişdir. Fikrət Əmirovun adı nəinki ölkəmizdə, hətta xaricdə də məşhurlaşmışdır. "Şur" simfonik muğamı Bolqarıstanda Sofiya Dövlət Filarmoniyasında, Belçikanın, Fransanın, ABŞ-ın konsert salonlarında ifa olunmuşdur.
Qara Qarayev F.Əmirovun simfonik muğamları haqqında yazmışdır: "F.Əmirovun yaradıcılıq işinin məziyyəti ondadır ki, o, xalq dühasının əsrlərlə yaratdığı bütün xüsusiyyətləri saxlamaqla bərabər, muğamlara yeni məzmun verə bilmişdir. Ölməz musiqi poemaları onun təsvirində yeni şəkildə səslənir. Əmirov öz vəzifəsini dərindən dərk edərək, zəngin məzmunlu, xəlqi, orijinal formalı simfonik əsərlər yaratmışdır". Fransanın "

Digər xəbərlər