PDF Oxu

Sosial

  • 6

Kiyevdə Avropa Parlamentinin toplantısı keçirilib

Kiyevdə Avropa Parlamentinin toplantısı keçirilib
Milli Məclisin mətbuat xidmətinin "Səs"ə verdiyi məlumatında bildirilir ki, dünən Kiyevdə Avropa Parlamentinin Avropa Birliyi - Şərq Qonşuları Parlament Assambleyasının yaradılması ilə bağlı məsləhətləşmələr keçirilib. Tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayev iştirak edib.
Ukrayna Parlamentinin təşəbbüsü ilə keçiriləcək məsləhətləşmələrdə Avropa Parlamentinin Avropa Birliyi - Şərq Qonşuları Parlament Assambleyasının yaradılmasının perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda bu qurumun yaradılması barədə tövsiyə layihəsi qəbul edilib.

Digər xəbərlər