PDF Oxu

Sosial

  • 12

Balaxanım ocağı - ideallığın gerçək təzahürü

Balaxanım ocağı - ideallığın gerçək təzahürü
"Senzura" qəzeti "İdeallıqla reallığın vəhdəti" adlandırdığı xüsusi buraxılışını ən nəfis tərtibat və rəngli şəkillərlə "Balaxanım ocağı"nın davamçısı İmamirə xanımın müqəddəs ruhi fəaliyyətinə həsr etmişdir. Buraxılış müəllifi əmindir ki, "İmamirə xanım müqəddəs insandır. O, Allah-Taalanın Yer üzünə göndərdiyi böyük qüvvədir". Buraxılışın ilk səhifələrində ümummilli lider Heydər Əliyevin xatirəsinə Qazaxda qardaşları ilə birlikdə ilk Heydər bağı salıb, orada ilk Heydər bulağı yaradan İmamirə xanımın Azərbaycan Prezidenti İlham Əliyevin portretinin altında bu sözləri dərc edilmişdir: "Dünya Azərbaycanlılarının lideri, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Azərbaycanı nurlu gələcəyə aparan yeganə şəxsiyyətdir. Tanrı onu bəd nəzərdən qorusun." Xatırladırıq ki, 1990-cı illərdə Balaxanım ananın ocağı və Heydər bulağı haqda ilk yazı "Səs" qəzetində dərc edilmişdir.
Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri Balaxanım ananın ocağı və onun övladları haqda xoş sözlər söyləmişlər. Fikrimizi Vasim Məmmədəliyevin sözləri idə davam etdiririk: "Balaxanım ananın müqəddəs ruhu xeyirxah insanları bəd nəzərdən qorumaq üçün Tanrı tərəfindən bəxş edilib. Mən ilk baxışdan İmamirə xanımda qeyri-adi bir ilahi qüvvə duydum". Bu gün Azərbaycanın hər yerindən güllü-çiçəkli, al-yaşıla bürünmüş və cənnəti xatırladan Balaxanım ananın ocağı başına Azərbaycanın hər bir guşəsindən naümid gəlib, ümidlə qayıdanların sayı olduqca çoxdur. Xüsusi buraxılışda bu cür şəfa tapanlar haqda geniş məlumatlar verilmişdir.
Xüsusi buraxılışı izləyən hər bir oxucu Balaxanım ocağının şəfaverici qüvvəsinin şahidinə çevriləcək və İmamirə xanımın ruhi qabiliyyətinin tükənməzliyinə əmin olacaqlar. Öz bəndələrinə qabiliyyəti verən qadir Allahdır. Yüzlərlə adamın bu ocağın şəfaverici gücünə sığınıb şəfa tapması məhz möcüzənin gerçəkliyə çevrilməsini sübut edir. Nəfis tərtibatlı buraxılışda qarşıya qoyulan sualların hamısına aydın cavablar verilmişdir.

Digər xəbərlər