“AKADEMİYA” QAZAXISTANA YOLLANIR
Aprelin 26-dan 30-dək Almatıda futbol üzrə "Prezident kuboku" turniri keçiriləcək. Yarışda Azərbaycanı AFFA-nın Futbol akademiyasının yetirmələrindən təşkil olunmuş "Akademiya" komandası təmsil edəcəkdir.
AFFA-nın məlumatına əsasəndan bildiriblər ki, 8 komandanın mübarizə aparacağı turnirdə Azərbaycan təmsilçisi "A" qrupunda yer almışdır. "Akademiya"nın rəqibləri MOİK (Moskva, Rusiya), "Spartak" (Moskva, Rusiya) və "Abdış-Ata" (Kant, Qırğızıstan) komandaları olacaq. Digər qrupda isə "Ole Brazil" (San-Paulo, Braziliya), "Den Haaq" (Haaqa, Hollandiya), "Rubin" (Kazan, Rusiya) və "Semey-93" (Semey, Qazaxıstan) komandaları mübarizə aparacaqlar.
"Akademiya" ilk görüşünü aprelin 26-da "Abdış - Ata" komandasına qarşı keçirəcək. Aprelin 27-də MOİK-i sınağa çəkəcək Azərbaycan futbolçuları iki gün sonra Moskva "Spartak"ı ilə qarşılaşacaqdır.