PDF Oxu

Sosial

  • 10

BEYNƏLXALQ ELM OLİMPİADASININ PREZİDENTİ MASNO GİNTİNQ HEYDƏR ƏLİYEV FONDUNDA OLUB

BEYNƏLXALQ ELM OLİMPİADASININ PREZİDENTİ MASNO GİNTİNQ HEYDƏR ƏLİYEV FONDUNDA OLUB
Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasının prezidenti Masno Gintinqin başçılıq etdiyi nümayəndə heyəti aprelin 3-də Heydər Əliyev Fondunda olublar.
Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun fəaliyyəti haqqında məlumat verildi. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar, sənədlər, tanınmış siyasi xadimlərin bəxş etdikləri hədiyyələr, ulu öndərimiz haqqında kitablar qonaqlarda xoş təəssürat oyatdı.
Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.
Nümayəndə heyətinin rəhbəri Fondun Xatirə kitabına ürək sözlərini yazdı.
Qonağa Fondun nəşr etdirdiyi və Ermənistan silahlı qüvvələrinin vəhşiliklərindən bəhs edən "Qarabağ həqiqətləri" toplusunun nüsxələri təqdim olundu.

Digər xəbərlər