PDF Oxu

Sosial

  • 13

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

Müsabiqə müstəqil dövlətçiliyimizin əsas atributlarından olan sərhədlərimizin müqəddəsliyinin, Dövlət Sərhəd Xidmətinin, Sərhəd Qoşunlarının əldə etdiyi nailiyyətlərin, cəmiyyətdəki rolunun və əhəmiyyətinin ictimaiyyətə çatdırılması, gənc nəslin milli-dövlətçilik ruhunda tərbiyə edilməsi, sərhədçilərin estetik zövqünün yüksək səviyyədə formalaşdırılması məqsədini daşıyır.
Müsabiqə dörd nominasiyada - kino sənəti üzrə (Sərhəd Qoşunlarının tarixindən bəhs edən sənədli film), rəsm sənəti üzrə: rəngkarlıq, qrafika (sərhəd mənzərələri), musiqi sənəti üzrə (sərhədçilər haqqında mahnı) və foto sənəti üzrə (sərhəd mənzərələri) keçirilir.
Müsabiqə qalibləri üçün aşağıdakı mükafatlar təsis olunur:

KİNO SƏNƏTİ ÜZRƏ:
(Sərhəd Qoşunlarının tarixindən bəhs edən sənədli film)
I mükafat - 4.000 manat, 1- ci dərəcəli diplom;
II mükafat - 3.000 manat, 2- ci dərəcəli diplom;
III mükafat - 2.000 manat, 3- cü dərəcəli diplom.

MUSİQİ YARADICILIĞI ÜZRƏ:
(sərhədçilər haqqında mahnı) musiqisinə görə:
I mükafat - 800 manat, 1- ci dərəcəli diplom;
II mükafat - 600 manat, 2- ci dərəcəli diplom;
III mükafat - 400 manat, 3- cü dərəcəli diplom

sözlərinə görə:

I mükafat - 500 manat, 1- ci dərəcəli diplom;
II mükafat - 400 manat, 2- ci dərəcəli diplom;
III mükafat - 300 manat, 3- cü dərəcəli diplom.

RƏSM ÜZRƏ:
(sərhəd mənzərələri) rəngkarlıq:
I mükafat - 800 manat, 1- ci dərəcəli diplom;
II mükafat - 600 manat, 2- ci dərəcəli diplom;
III mükafat - 400 manat, 3- cü dərəcəli diplom.
qrafika:
I mükafat - 300 manat, 1- ci dərəcəli diplom;
II mükafat - 250 manat, 2- ci dərəcəli diplom;
III mükafat - 200 manat, 3- cü dərəcəli diplom.

FOTO ÜZRƏ:
(sərhəd mənzərələri)
I mükafat - 350 manat, 1- ci dərəcəli diplom;
II mükafat - 250 manat, 2- ci dərəcəli diplom;
III mükafat - 150 manat, 3- cü dərəcəli diplom.

MÜSABİQƏNİN ŞƏRTLƏRİ

1. Əsərlər 2009-cu il iyun ayının 20-dək Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatına təqdim olunmalıdır.
2. Rəsm üzrə iştirakçılar müsabiqəyə 120 x 80 santimetr ölçüdə əsərlər təqdim etməlidirlər.
3. Foto üzrə iştirakçılar müsabiqəyə 90 x 70 santimetr ölçüdə əsərlər təqdim etməlidirlər.
4. Təqdim olunan bütün əsərlərdə Sərhəd Qoşunları tərənnüm edilməlidir.
5. Müsabiqənin nəticələri Sərhəd Qoşunlarının yaranmasının 90-cı ildönümü ərəfəsində elan ediləcəkdir.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:
Bakı şəhəri, Z.Əliyeva küçəsi 30. Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatı.
Əlaqə telefonları: 498-01-55; 498-01-69

Digər xəbərlər