PDF Oxu

Sosial

  • 11

Cinayətkarlığa qarşı mübarizə gücləndirilib

Cinayətkarlığa qarşı mübarizə gücləndirilib
Ötən il Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil və 6 transmilli mütəşəkkil cinayətkar dəstənin və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısı alınıb.
Bu barədə Azərbaycan hökumətinin Milli Məclisə 2008-ci ilin yekunları ilə bağlı təqdim olunan hesabatında qeyd olunub. Bildirilib ki, onlardan ümumilikdə 970 kiloqramdan artıq narkotik vasitə, o cümlədən 74,461 kiloqram heroin, 843,147 kq həşiş, 53,773 kq tiryək və 95,781 qram "MDMA" psixotrop maddəsi götürülüb. Faktlarla bağlı 25 cinayət işi başlanılıb, 82 nəfər Azərbaycan Respublika, 6 nəfər İran İslam Respublikası, 2 nəfər Rusiya Federasiyası, 1 nəfər Türkiyə vətəndaşı istintaqa cəlb olunub. Bu dəstələrdən biri (11 nəfər- 3 Azərbaycan Respublikası, 8 Rusiya Federasiyası vətəndaşı) Rusiya xüsusi xidmət orqanları ilə birgə keçirilən əməliyyat nəticəsində Rusiya ərazisində zərərsizləşdirilib, onlardan 88 kq narkotik maddə götürülüb.
Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində 15 ton nərə balığının respublikamıza qaçaqmalçılıq yolu ilə gətirilməsi aşkarlanıb. Qeyri-qanuni miqrasiya və insan alveri, eləcə də saxta sənədlərin hazırlanması və istifadə olunmasına qarşı mübarizə sahəsində Azərbaycan Respublikası vətəndaşları olan qadınların cinsi istismar məqsədi ilə Türkiyəyə göndərilməsi faktı aşkarlanıb, saxta sənədlərdən istifadə edən 1 nəfər İran vətəndaşı saxtakarlıq yolu ilə vətəndaşların etimadını qazanaraq onlardan pul alan 1 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb, faktlar üzrə cinayət işləri başlanılıb.

Digər xəbərlər