PDF Oxu

Sosial

  • 13

Konstitusiya dəyişiklikləri dövlətin möhkəmlənməsinə xidmət edir

Konstitusiya dəyişiklikləri dövlətin möhkəmlənməsinə xidmət edir
Nizami Xudiyev: "Konstitusiyanın 101-ci maddəsində seçicilərə təklif olunan yeni dəyişikliklər hər bir kəsin seçki hüququnun qorunması üçün önəmli əhəmiyyət daşıyır "
Yevda Abramov: "Eyni zamanda, yeni təklif olunan maddələrdə uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsi sahəsində işlərin görülməsinin zəruriliyinin qeyd olunması olduqca böyük əhəmiyyətə malikdir."
"Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvləri ötən gün  Quba maliyyə işçiləri, rayon ağsaqqalları və  idmançılarla görüşlər keçiriblər. YAP Quba rayon təşkilatının sədri Fuad Orucov çıxış edərək, ölkəmizin ictimai-siyasi həyatında böyük rol oynayan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək Referendum Aktının güclü dövlət yaradılması və vətəndaşların sosial rifahının yüksəldilməsinə xidmət etdiyini bildirdi.  O, vurğuladı ki, ölkəmizdə aparılan sürətli inkişaf siyasətinin nəticəsi kimi bütün sahələrdə yeniliklər və dəyişikliklər zəruridir. F.Orucov bildirdi ki, ölkənin ictimai-siyasi həyatında daima fəallığı ilə seçilən Quba əhalisi martın 18-də dəyişikliklərə və inkişafa dəstək verəcək.
"Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun vəkili, deputat Nizami Xudiyev çıxışında Azərbaycanda həyata keçirilən inkişaf prosesinin bu gün yüksək nöqtəyə çatdığını deyərək, martın 18-də keçiriləcək Referendum Aktının Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının genişləndirilməsi və sosial rifah halının yüksəldilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. N.Xudiyev təklif olunan bir sıra maddələrdə böyük əhəmiyyət kəsb edən məqamların olduğunu vurğuladı. Xüsusilə, Konstitusiyanın 101-ci maddəsində seçicilərə təklif olunan yeni dəyişikliklərin hər bir kəsin seçki hüququnun qorunması üçün önəmli əhəmiyyət daşıdığını bildirdi: "Niyə bir seçici kimi mənim hüququm məhdudlaşdırılmalıdır? Əgər seçici kimi mənim bəyəndiyim namizəd gözəl işlər görürsə, seçicilərin etimadını qazanırsa, vətəndaşların hüquqlarını yüksək səviyydə qoruyursa, bu insanın yenidən seçilməsinə niyə məhdudiyyət qoyulmalıdır? 101-ci maddədəki dəyişikliklər olduqca zəruri və ciddi əhəmiyyət daşıyır. Bir məsələni dərk etmək lazımdır ki, martın 18-də keçiriləcək Referendui Aktının əsas məqsədi, hər şeydən əvvəl, güclü dövlət naminədir. Uşaq hüquqlarından başlamış digər maddələrə qədər təklif olunan dəyişikliklər olduqca zəruridir və bütün Quba ictimaiyyətini martın 18-də öz vətəndaşlıq borclarını yerinə yetirməyə və təklif olunan dəyişikliklərə səs verməyə çağırıram".
"Yeni Azərbaycan" Təşviqat Qrupunun vəkili, deputat Yevda Abramov çıxış edərək, qarşıdakı referendumun hər bir Azərbaycan vətəndaşının həyatında böyük önəm kəsb edəcəyini açıqladı. O bildirdi ki, Konstitusiyanın 29 maddəsi üzrə təklif olunan yeni dəyişikliklər Azərbaycan xalqının daha da firavan yaşamasına, hüquq və azadlıqlarının qorunmasına və rahat həyat şəratinin yaradılmasına yönəldilib. "Eyni zamanda, yeni təklif olunan maddələrdə uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsi sahəsində işlərin görülməsinin zəruriliyinin qeyd olunması olduqca böyük əhəmiyyətə malikdir. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər, hər şeydən əvvəl, dövlətin sosial yönümlülüyünün artırılmasına, məhkəmə və bələdiyyə orqanlarının işinin daha səmərəli şəkildə təşkil olunmasına xidmət edir. Yeni dəyişikliklər,  Azərbaycanın bir dövlət kimi daha da qüdrətlənməsinə xidmət edir. Mən bütün həmyerlilərimi bu dəyişikliklərə və inkişafa səs verməyə çağırıram."

Digər xəbərlər