PDF Oxu

Sosial

  • 10

Konstitusiyaya əlavə və dəyişikliklər inkişafa yönəlib

Konstitusiyaya əlavə və dəyişikliklər inkişafa yönəlib

Dünən "Yeni Azərbaycan" Təşviqat Qrupu Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Samux rayonunda bir sıra  görüşlər keçirdi. Rayon Mədəniyyət Evində, habelə rayonun Sərkar, Ziyadlı kəndlərində seçicilərlə görüşən təşviqat qrupunun üzvləri, qarşıdakı referendumun siyasi əhəmiyyəti və vətəndaşların inkişafında oynadığı roldan söhbət açıblar.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək, bildirdi ki, referendumun keçirilməsi müasir dövrün tələbidir: "Ölkəmiz böyük bir inkişaf yolu keçir. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi xalqımızın sosial sifarişidir. Konstitusiyaya əlavə və dəyişikliklər, həmçinin, hər bir vətəndaşın yüksək həyat səviyyəsində yaşamasına, dövlətçiliyimizin daha da möhkəmlənməsinə xidmət edir. Samux seçiciləri bu referendumda fəal iştirak edəcəklər."
Tədbirdə çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Musa Quliyev vurğuladı ki, Konstitusiyada edilən əlavə və dəyişikliklər demokratik proseslərin sürətlənməsinə imkan açacaq. Daim inkişaf edən dövlətimizdə 29 maddənin hər biri cəmiyyətimizin maraqlarını ifadə etməklə yanaşı gələcək inkişafı üçün də böyük təkan yaradacaq: "Edilən dəyişikliklər hər birimizin həyat səviyyəsinin yüksəldilməsinə və ümumi mənafeyimizə xidmət edəcək. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 7 il bundan qabaq referendumun keçirilməsinə baxmayaraq, bu gün də zamanın tələbindən irəli gələn zərurətdən referendumun keçirilməsinə ehtiyac yaranıb. Ölkə inkişaf etdikcə, Konstitusiya da inkişaf etməlidir. Hər bir kəsin dövlətimizin inkişafı, qüdrətlənməsi, inkişafı və tərəqqisi naminə keçiriləcək referendumda yaxından iştirak edəcəyinə ümidvaram".
"Yeni Azərbaycan" Təşviqat Qrupuna vəkil edilən Nurlanə Əliyeva çıxışında dedi ki, Konstitusiyaya əlavə və dəyişikliklər milli dövlətçiliyimizin siyasi və hüquqi əsaslarının daha da möhkəmlənməsinə xidmət edir. N.Əliyeva vurğuladı ki, martın 18-də keçiriləcək referendum hazırda ölkə vətəndaşları tərəfindən yüksək səviyyədə dəstəklənir və martın 18-də böyük seçici fəallığının şahidi olacağıq. "Xalq onun sosial rifahına, hüquqlarının qorunmasına xidmət edən bu dəyişiklikləri ürəkdən qəbul edir. Çünki bu dəyişikliklər onun parlaq sabahı üçün atılan addımdır. Mən əminəm ki, Samux seçiciləri referendum günü yüksək fəallıq göstərəcək və dəyişikliklərə səs verəcəklər".

"Hüquq və Demokratiya" Təşviqat Qrupu Samuxda görüş keçirdi
 
Tədbirdə çıxış edən "Hüquq və Demokratiya" Təşviqat Qrupunun vəkili, millət vəkili Aydın Abbasov keçiriləcək referendumda Konstitusiyaya edilən əlavə və dəyişikliklərin bir neçəsinə hüquqi cəhətdən  aydınlıq gətirdi. O, vurğuladı ki, ölkəmizin siyasi-iqtisadi və sosial-mədəni həyatında baş verən dəyişikliklərin qanuni nəticəsi olaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin möhkəmlənməsində, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğunun uğurla həyata keçirilməsində mühüm rol oynayıb: "Həmçinin, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının təmini üçün əlverişli şərait yaradılıb, cəmiyyətdə bütün sahələrin inkişafına təkan verib. Təklif olunan yeni maddələr hər bir vətəndaşın hüquq və azadlıqlarının daha mükəmməl şəkildə qorunması və təkmilləşdirilməsini özündə əks etdirir".

Digər xəbərlər