PDF Oxu

Sosial

  • 10

AZƏRBAYCAN DİPLOMATİK AKADEMİYASI İLƏ İTALİYANIN TRENTO UNİVERSİTETİ ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB

AZƏRBAYCAN DİPLOMATİK AKADEMİYASI İLƏ İTALİYANIN TRENTO UNİVERSİTETİ ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB
Azərbaycan Diplomatik Akademiyası ilə İtaliyanın Trento Universitetinin Beynəlxalq Münasibətlər İnstitutu arasında Anlaşma Memorandumu imzalanmışdır. Üçillik Memorandumu Azərbaycanın xarici işlər nazirinin müavini, akademiyanın rektoru Hafiz Paşayev və Trento Universitetinin Proqramlar üzrə direktoru Ton Notermans imzalamışlar. Sənəd çərçivəsində Diplomatik Akademiya ilə Trento Universiteti arasında professorların, magistratura və doktorantura pilləsində təhsil alan tələbələrin mübadiləsi, birgə tədqiqat layihələri, tədris təcrübəsinin qarşılıqlı öyrənilməsi və digər sahələrdə əməkdaşlıq, birgə dərəcə proqramlarının həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Trento Universitetinin təhlükəsizlik və münaqişələrin həllinə yönəlmiş proqramlar üzrə ixtisaslaşdığını vurğulayan H.Paşayev bu ilin sentyabrından ADA-da münaqişələrlə bağlı proqramlar həyata keçiriləcəyini bildirmişdir.
Azərbaycan bölgədə daha mühüm dövlətə çevrildiyini söyləyən T.Notermans ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini vurğulamışdır.

Digər xəbərlər