Elmar Məmmədyarov Qriqori Karasini qəbul edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasini qəbul edib. XİN mətbuat xidmətinin birinci katibi Elxan Poluxovun verdiyi məlumata görə, təkbətək keçirilən görüşdə ikitərəfli münasibətlərin bir sıra sahələri üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, Q.Karasin Rusiya prezident administrasiyasının rəhbəri Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycanda ikigünlük səfərdə olub. Dünən axşam nümayəndə heyəti Moskvaya qayıdıb.
Xatırladaq ki, Rusiya XİN-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Q.Karasinin kurasiyasındadır.