PDF Oxu

Sosial

  • 11

Zurab Karumidze: “Rusiya bölgənin inkişafına nəzarət etmək qabiliyyətində deyil və ya bunu arzulamır”

Zurab Karumidze: “Rusiya bölgənin inkişafına nəzarət etmək qabiliyyətində deyil və ya bunu arzulamır”
Z.Karumidze hesab edir ki, bölgədə regional təhlükəsizliyin qeyri-hərbi aspektləri, həmçinin, təhsil və mədəniyyət çox vacibdir: "Qafqaz sakinlərində özünüdərk problemləri mövcuddur. Biz  həddən ziyadə mifləşmişik və bir-birimiz haqqında miflər yaradırıq. Əcnəbilər də bizimlə bağlı mif yaradırlar". Uzun müddət Gürcüstanda və Qafqazda çalışmış  politoloqun  fikrincə, Qafqazın regional inteqrasiyası, Gürcüstan, Ermənistan və Azərbaycan arasında mövcud sədlərin məhv  edilməsi  əsas məqsəd olmalıdır: "Əminəm ki, Cənubi Qafqaz dövlətləri regional inteqrasiya olmadan uğurlu inkişafa malik ola bilməz". Ekspertin fikrincə, mədəni problem də mövcuddur. "Azərbaycan, Ermənistan və Gürcüstan xalqları bir-birlərini pis tanıyır. Halbuki sovet dövründə onlar arasında əlaqələr daha sıx idi",  deyə o, vurğulayır.
Onun fikrincə, bu gün Qafqaz vahid bölgə deyil: "Düzdür, bu, coğrafi bölgədir. Lakin iqtisadiyyat və siyasət terminləri baxımından vahid bölgə hesab edilə bilməz. Halbuki SSRİ dövründə 3 Qafqaz respublikası daha fəal əməkdaşlıq edirdi". Ekspertin fikrincə, Qafqazın yenidən qurulması üçün iki vacib amil mövcuddur: "Birincisi, yerli hakimiyyətlər başa düşməlidirlər ki, uzunmüddətli perspektivdə regional kooperasiya onlar üçün daha sərfəli ola bilər. Hazırda Qafqaz "qara bazar"dan və kriminal iqtisadiyyatdan asılı vəziyyətdədir".
Onun fikrincə, ikinci amil məhz Dağlıq Qarabağ münaqişəsidir. Ermənistan və Azərbaycan bir-biri ilə əlaqə qurmaq istəmir və nəticədə onların sərhədi bağlıdır: "Problem heç də xoş iradənin və tənzimlənmə üzrə gerçəkliyə uyğun planların olmamasında deyil. Bölgənin bütün respublikalarını birləşdirən SSRİ artıq mövcud deyil. Avropa və Amerika isə uzaqdadır".

Digər xəbərlər