PDF Oxu

Sosial

  • 9

Yoldaşlıq görüşlərində ən yaxşı nəticəni Azərbaycan yığması göstərdi

Yoldaşlıq görüşlərində ən yaxşı nəticəni Azərbaycan yığması göstərdi
Avropa zonasında üç qarşılaşma keçirilib ki, Gürcüstan səfərdə İrlandiyaya uduzub. Milli komandamızın cari seçmə mərhələdəki rəqibləri də boş oturmayıb. Belə ki, Rusiya yığması Antalyada hazırlıq keçdiyi halda, digər komandalar yoxlama oyunlarında qüvvəsini sınayıb. Almaniyanın evdə Norveçə uduzması ötən gecənin ən sensasiyalı nəticəsi olduğunu desək, yanılmarıq. Lixtenşteyn, Finlandiya və Uels də meydanı məğlub tərk edib. Göründüyü kimi, qrupumuzda ötən gecə uduzmayan yalnız milli komandamız olub.
Türkiyə yığması Kot D’İuvarla İzmirlə keçirdiyi görüşdə qələbəni son dəqiqələrdə əldən verib. İspaniya Sevilyada İngiltərəni yenib. Dieqo Maradona Argentina yığmasının baş məşqçi postunda növbəti qələbəsi səfərdə Fransa üzərində qazanıb.

Digər xəbərlər