PDF Oxu

Sosial

  • 8

Andrey Rubin: “Azərbaycan milli komandası Ermənistandan güclüdür”

Andrey Rubin: “Azərbaycan milli komandası Ermənistandan güclüdür”
Ermənistanla Cənubi Kiprdə keçirilən görüşdə əsas heyətdə meydana daxil olan Rubin 79-cu dəqiqədə əvəzlənib. Bakının "İnter" klubunun şərəfini qoruyan latviyalı komanda yoldaşları ilə birgə çox çalışsa da, ermənilər üzərində qələbə qazana bilməyib: "Qolsuz bərabərliklə başa çatan bu oyunda qalib gələ bilərdik. Ancaq əfsuslar olsun ki, qol imkanlarından istifadə edə bilmədik. Vaxtilə milli komandanıza qarşı bir neçə dəfə oynamışam. Azərbaycanı Ermənistandan üstün sayıram. Hər halda, oyuna görə məndə belə təəssürat oyandı".
Azərbaycanla Ermənistanın müharibə şəraitində olmasından xəbərdar olan Rubin bildirib ki, ölkəmizdə çıxış etdiyi üçün matç zamanı hansısa problem yaşamayıb: "Hər şey qaydasında oldu. Ermənilər Azərbaycanda oynadığımıza görə matç ərzində ayaqlarıma zərbə vurmurdular. Rəqib futbolçular məndən ölkəniz haqda da bir şey soruşmadılar".

Digər xəbərlər