“Bakı” Futbol Klubu Bakıya qayıdıb
Futbolçulara 2 günlük istirahət verən baş məşqçi Coko Hacıyevski paytaxtda keçiriləcək ilk məşqin tarixini də artıq komanda heyətinə bildirib. "Bakı" ilk məşqinə fevral ayının 7-də başlayacaq.
Xatırladaq ki, komanda dünənə qədər Premyer Liqanın 2-ci dövrəsinə hazırlıq məqsədi ilə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışları keçirib. Qeyd edək ki, "Bakı" fevral ayınının 14-də Premyer Liqa çərçivəsində keçirəcəyi ilk oyununda "MOİK"lə qarşılaşacaq.