Qılıncoynadanlarımız Moskvaya yollanacaq
Qılıncoynatma üzrə qadınlardan ibarət Azərbaycan yığma komandası Fransada keçirilən Qran-Pri turnirində mübarizəyə başlayıb. Bu barədə Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov SİA-ya açıqlama verib. Onun sözlərinə görə, yanvar ayının 29-da Londonda beynəlxalq yarışa qatılan millimiz, bu gün Fransanın Orlean şəhərində keçirilən beynəlxalq turnirdə debüt edib. Qeyd edək ki, yarışda milli komandamızın tərkibində 4 idmançı-Səbinə Əmrahzadə, Aida Ələsgərova, Sevil Bünyadova və Sevinc Bünyadova qılıncoynatmanın sablya növü üzrə mübarizə aparırlar. Ramin Məmmədov bildirib ki, yarış 2 gün davam edəcək. Onun sözlərinə görə, qadınlardan ibarət yığma komandamız Fransadan Rusiyada keçiriləcək beynəlxalq turnirə qatılmaq məqsədilə birbaşa olaraq, Moskva şəhərində gedəcək. Qeyd edək ki, qadınlar arasındakı yarış fevral ayının 9-da start götürəcək. Azərbaycanda təlim-məşq toplanışları keçən kişilərdən ibarət yığma komandamız isə fevral ayının 11-də Moskvaya yollanacaq və bir gün sonra mübarizəyə başlayacaq.