PDF Oxu

Sosial

  • 9

7 aprel Ümumdünya Sağlamlıq Günüdür

7 aprel Ümumdünya Sağlamlıq Günüdür
Artıq 59 ildir ki, 7 aprel Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. Bu gün ərzində kainatın hər bir nöqtəsindən səmərəli və xoşbəxt həyat üçün sağlamlığın əhəmiyyətini vurğulayan minlərlə tədbirlər keçirilir. Cəmiyyətin ümumi sağlamlığı onun psixi, fiziki sağlamlığından asılıdır. Bu və ya digər cəhətdən sağlamlığın əldə olunması üçün təbabətin bütün sahələrində bu istiqamətdə islahatlar aparılması, referendumlar keçirilməsi tələb olunur. Sağlamlıq mədəniyyətini ən yüksək bir səviyyəyə qaldırmaq əsas vəzifə olaraq qarşıda dayanır.
Qlobal ticarət və səfərlərin geniş vüsət aldığı bir dövrdə yeni və mövcud xəstəliklər milli sərhədləri aşaraq, kollektiv təhlükəsizliyi qorxu altına ala bilər. Yalnız inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında güclü əməkdaşlıq yolu ilə informasiya mübadiləsi məsələlərinə səhiyyə sistemlərinin və nəzarət mexanizmlərinini gücləndirilməsinə xüsusi olaraq diqqət yetirməklə onların qarşısını almaq olar. Sağlamlıq, inkişaf və qlobal təhlükəsizlik arasında qırılmaz bir əlaqə mövcuddur. Həyat və sağlamlıq insanlar üçün ən qiymətli dəyərlərdəndir. Sağlam və təhlükəsiz bir dünya qurmaq üçün kifayət qədər bilik və misli görünməmiş ehtiyatlara sahib olmaq lazımdır. Hər bir ölkə səhiyyəyə sərmayə ayırmalı və öz səhiyyə sistemini gücləndirmək yolu ilə yeni və mövcud təhlükələrin qarşısını almaq imkanını qurmağa çalışmalıdır. Xəstəliklərin nəzarətdə saxlanılması və profilaktikası, habelə, maariflənmə sahəsində irihəcmli investisiyaların ayrılması vacibdir. HİV-AİDS-i bütün region və dövlətlərin sabitliyini təhlükə altına alır. Bir çox xəstəliklərdən fərqli olaraq QİÇS cəmiyyətin ən fəal üzvlərinə hücum edir. Vaksin tapılması və mümkün müalicə üsullarından istifadə imkanlarının genişləndirilməsi istiqamətində mühüm təşəbbüslər göstərilməsinə baxmayaraq hələ görüləsi işlərin sayı çoxdur. Bununla bağlı hər il 1 dekabr - ümumdünya qazanılmış immun çatışmazlığı sindromuna qarşı (QİÇS) mübarizə günü kimi qeyd edilir. QİÇS-ə yoluxmanın acı nəticələri ilbəil armaqdadır.
Onu da qeyd edək ki, səhiyyənin ən böyük nailiyyəti olaraq bəşəriyyətin qlobal problemlərindən olan QİÇS və xərçəng xəstəliklərini yaradan viruslar aşkar edilib. QİÇS-in öyrənilməsi və profilaktikası üzrə Ümumdünya Fondunun prezidenti 76 yaşlı Lyuk Montenye, Paster İnstitutunda retrovirus infeksiyalarının requlyasiyası Departamentinin (Fransa) rəhbəri 61 yaşlı Fransuaza Barre-Sinussidir. Hər iki alim immun çatışmazlığını yaradan amilləri kəşf ediblər. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin fəxri professoru 72 yaşlı Harald Sur Hauzen isə xərçəng xəstəliyinin yaranmasına səbəb olan papilloma virusunu aşkarlamışdır. Onların hər biri Nobel mükafatı laureatı adını qazanıblar. Məlumata görə, o, 25 min onkoloji xəstənin hüceyrələrini analiz etməklə bu mühüm kəşfi etmişdir. Hauzenin bu kəşfi və onun məsləkdaşlarının apardıqları tədqiqatlar dünyada xərçəng əleyhinə ilk vaksinin yaranmasına səbəb olub. Alimin bu kəşfi nəticəsində ginekologiya sahəsində xərçəngin müalicəsinin yeni metodlarının işlənib hazırlanması mümkün olub. Dünya səhiyyəsinin qarşısında dayanan çox mühüm problemlərin həlli və kəşf olunması istiqamətində görülən işlər bəşəriyyəti bürüyən qorxulu xəstəliklərin müalicəsi və aradan qaldırılması yolunda əhəmiyyət kəsb edir.
Bu gün bəşəriyyət Ümumdünya Sağlamlıq Gününü böyük nailiyyətlərlə qeyd edir. Sağlam həyat bəşəriyyətin sağlam inkişafı deməkdir.

Digər xəbərlər