PDF Oxu

Sosial

  • 8

Levon Ter-Petrosyan Ermənistanı ifşa etdi

Levon Ter-Petrosyan Ermənistanı ifşa etdi
İşğalçı Ermənistan bu gün dünyada terroru dəstəkləyən dövlətlərdən biridir. Təcavüzkar dövlətin daxili vəziyyətinin həddindən artıq gərgin və mürəkkəb olması fonunda Ermənistan prezidenti Serj Sarkisyan ilə xalq arasında çox böyük uçurum var. Bu uçurum getdikcə dərinləşməkdədir. Ermənistan Milli Konqresinin sədri Levon Ter- Petrosyan ölkəni ağır vəziyyətdən çıxarmağın yolunu Dağlıq Qarabağ münaqişəsinin tez zamanda həll edilməsində görür.
L.Ter-Petrosyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli variantını da dəstəkləyir. Politoloq Elman Nəsirov qəzetimizə açıqlamasında vurğuladı ki, Ter-Petrosyanın münaqişənin mərhələli həlli variantını dəstəkləməsi müsbət haldır. Lakin bu, hələ o demək deyil ki, Ter-Petrosyan hakimiyyətdə olarsa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz mərhələli həlli variantını qəbul edəcək və münaqişənin tənzimlənməsini dəstəkləyəcək: "1997-ci ildəki proseslər onu göstərdi ki, Ter- Petrosyan prinsip etibarilə o zaman münaqişənin mərhələli həlli variantını məqbul variant kimi nəzərdən keçirirdi. Lakin onun bu mövqeyi hakimiyyətdən uzaqlaşmasına gətirib çıxardı. İdiki vəziyyətdə əgər Ter-Petrosyan hakimiyyətə gələrsə və münaqişənin mərhələli həlli variantını müdafiə edərsə, o zaman onun hakimiyyətdə qala biləcəyi çox mürəkkəb məsələdir".
Bunula belə, E.Nəsirli Ter-Petrosyanın da Azərbaycanın dəstəklədiyi mərhələli həll variantını müdafiə etməsi məsələsinə o qədər də sadəlövh nöqteyi-nəzərdən yanaşılmamasını bildirdi. İndiki zamana qədər nə Sarkisyan, nə də Ter-Petrosyan "Dağlıq Qarabağ ərazisi Azərbaycanındır" ifadəsini söyləməyib.
Politoloq bunu onunla əlaqələndirdi ki, Sarkisyan kimilərinin hakimiyyətdə qalması üçün ən azı, bu ifadənin əksini işlətməlidir. Ter-Petrosiyan zamanında Dağlıq Qarabağ ərazisini və ona bitişik rayonları işğal edənlərdən biri və ən birincisi olub. Bu, danılmaz bir faktdır. Ərazilərimizin yarı faizinin işğal olunmasında çox böyük "xidmət" və "canfəşanlıq" göstərib. Kim təminat verə bilər ki, əgər Ermənistanda Levon Ter-Petrosyan hakimiyyətə gəlsə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll edəcək. Bu, kənardan bir o qədər inandırıcı görünmür. Ona görə də, bu məsələyə bir qədər ehtiyatla yanaşmaq lazımdır.
Rusiya ilə Azərbaycan əlaqələrinə münasibət bildirən E.Nəsirli vurğuladı ki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində öz səylərini artırıb. Artıq neçənci dəfədir ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə vasitəçi rolunu Rusiya Federasiyası oynayır. Sadəcə olaraq, rəsmi Moskva Ermənistana Azərbaycanın işğal altında olan torpaqlarını qaytarması üçün çox ciddi şəkildə təzyiq və təsir etməlidir. Amma Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllində maraqlı olduğu açıq-aydın görünür.
Politoloq onu da vurğuladı ki, Ermənistan hər görüşdən sonra təxribat törədici üsullara əl atır, əldə olunmuş müəyyən razılaşmanın mahiyyətini pozur və danışıqları yenidən yubadır.Və bütün bunların da nəticəsi olaraq, işğalçı dövlət heç bir beynəlxalq qurumun təzyiq hədəfinə çevrilməyib. Ona görə də belə hallar işğalçı dövlətin yeni-yeni təxribat hərəkətləri törətməsinə, cəbhə xəttində atəşkəs rejmini tez-tez pozmasına sanki bir "stimul" verir. Beynəlxalq aləm tək sözdə deyil, əməldə də Ermənistana qarşı sanksiya tələb etməli və işğalçı dövləti sülhə məcbur etməlidirlər.

Digər xəbərlər