PDF Oxu

Sosial

  • 10

BMT-nin baş katibi Pan Gi Mun ikinci müddətə öz postunda qalmaq istəyir

BMT-nin baş katibi Pan Gi Mun ikinci müddətə öz postunda qalmaq istəyir

"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, Pan Gi Mun BMT-nin baş katibi postunda ikinci müddətə qalmaq istəyir. BMT-dəki mənbənin məlumatına görə, baş katib yaxın günlərdə öz namizədliyini rəsmi surətdə irəli sürəcəkdir. O, bu məqsədlə iyunun 6-da Asiya və Yaxın Şərq ölkələrinin "Asiya qrupu" səfirləri ilə görüş keçirmişdir.

"Röyters"in qeydinə görə, hələ 2011-ci ilin martında BMT TŞ-nin daimi üzvlərinin hamısı- Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa Pan Gi Munun öz postunda qalmasına şərait yaradacağını vəd etmişdir. BMT-nin baş katibini təşkilatın Baş Assambleyası seçsə də, faktik olaraq, bu məsələ veto hüququna malik olan BMT TŞ-nin daimi üzvlərindən asılıdır. Bu halda, Pan Gi Munun bu vəzifəyə seçilməsi nisbəti 100%-ə bərabərdir. Pan Gi Mun BMT-nin baş katibi postuna öz namizədliyini irəli sürdükdən sonra BMT TŞ-nin 15 üzv ölkələri (5-i daimi, 10-u müvəqqəti) ona səs verməlidir. Bundan sonra məsələyə 192 dövlətin təmsil olunduğu Baş Assambleyada baxılacaqdır. Məlumata görə, Pan Gi Munun namizədlik məsələsi iyun ayının axırlarında məlum olacaqdır.

Cənubi Koreya diplomatı Pan Gi Mun BMT-nin baş katibi postunu 2007-ci ilin 1 yanvarında tutmuşdur. Onun səlahiyyət müddəti cari ilin 31 dekabrında başa çatır.

Digər xəbərlər