PDF Oxu

Sosial

  • 8

Ermənistan ətraf mühiti mühafizə edən beynəlxalq hüquq normalarına hörmət etmir

Ermənistan ətraf mühiti mühafizə edən beynəlxalq hüquq normalarına hörmət etmir

Uzun illərin tarixi yaddaşı hər bir azərbaycanlıya erməni xislətinin nə ilə yoğrulduğunu, nədən qidalandığını açıq-aydın dərk etmək imkanını verir. İki yüzilliyin tarixi dərsləri erməni vandallarının tərəfindən torpaqlarımıza qarşı olan ərazi iddiası ilə bizləri tanış edir. Bu tarixi dərslərdən məlum olur ki, ulu babalarımıza qarşı edilən təcavüz zaman-zaman təkrarlanaraq bu günümüzə qədər olan dövrü əhatə edir. Maddi və mənəvi cəhətdən Azərbaycana dəyən ziyanın miqdarı hətta rəqəmlərə belə sığmır.

Mənəvi təcavüzün, psixoloji pozuntuların isə insan amilinə nə dərəcə də ziyan vurmasını isə söz ifadə etmək qüdrətində deyil. Tarixin bizə verdiyi dərslərdən məlum olur ki, erməni işğalçıları torpaq iddiası ilə çıxış edərək tarixi kökünü, qədimliyini təsdiq edən dəlil və sübutları Azərbaycandan bəhrələnərək ortaya qoymaq iddiası ilə çıxış edir. Sivilizasiyalı bir əsrdə heç bir normativ aktlara, sənədlərə, bəyanatlara sığmayan hərəkətləri ilə dağıdıcı missiyasını həyata keçirir. Hay-küy qoparıb "hegemon dövlət" kimi Azərbaycan üzərində məqsədli şəkildə çıxış edən ermənilər "Ermənistan" yarada bilmişlər. Özgə torpaqlarına göz dikən, insanları mənəvi sarsıntılara məruz qoyan ermənilərə mərdlik, ərənlik, qəhrəmanlıq, namus, vicdan, milli təəssüb kimi anlayışlar yad olduğundan, məhz "varlıq" kimi mövcud olduqları zamandan belə torpaq uğrunda mübarizəni əsas xətt olaraq götürmüşdülər.

Bu gün Azərbaycanın 20 faiz torpağı işğaldadır. Bu elan olunmamış müharibə zamanı Ermənistan Azərbaycanın ən səfalı, təbii sərvətləri ilə zəngin olan ərzilərini zəbt edərək, xalqın tarixi mülkünə sahib çıxmışlar. Bu ərazilərdə Azərbaycanın tarixi abidələri, çayları, gölləri, və s. işğal altındadır. Dünyanın ən nadir bitkiləri, istirahət yerləri nankor ermənilərin əlindədir. İnsan qanına susayan və qəddarcasına, yaşından asılı olmayaraq, insanlara divan tutan ermənilər bununla kifayətlənməyib, təbiətin bəxş etdiyi canlıları, abidələri məhv edirlər. Bu, əlbəttə ki, ən böyük vəhşilik, qəddarlıqdır ki, tarixin təkrarlanan hadisələrində şahidlərə çevrilirik.

Bu gün Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalda olmasına baxmayaraq, respublikamız sürətli inkişaf dövrünü yaşayır. Dövlət tərəfindən həyata keçirilən islahatlar ölkəmizin simasını tamamilə dəyişmişdir. Azərbaycanın potensialı ona dünyaya inteqrasiya olunmaq imkanını vermişdir. Azərbaycan, bütün sahələrdə olduğu kimi, turizm sahəsində də sürətli inkişaf dövrünü yaşayır. İlbəil turist axınının güclənməsi bizə deməyə imkan verir ki, Azərbaycan turizm ölkəsidir. Prezident tərəfindən 2011-ci ilin "Turizm ili" elan olunması ölkədə bu sektora olan diqqəti daha da artırmışdır. Qəbələ, Quba, Xaçmaz, Lənkəran kimi rayonlarda turistlərin axınının say çoxluğu hər il müşahidə olunmaqdadır. Əfsuslar olsun ki, Azərbaycanın turizm üçün daha əlverişli əraziləri bu gün işğal altındadır. Oranın tarixi abidələri, təbii sərvətləri qeyri-xalqların diqqətini daha çox cəlb edir. Əsrlərlə xalqın yaratdığı sərvətlər ermənilər tərəfindən dağıdılır, məhv edilir. Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər.

Ağdam ərazisində yaşı 400-dən çox olan çinar ağacı ermənilər tərəfindən partlayıcı qurğu ilə dağıdılıb

Ağdam da Qarabağ düzənliyində yerləşən ən iri şəhərlərdən biri olmuşdur. Türk qəbilələri düşmənlərdən müdafiə olunmaq üçün çox vaxt düzənlik yerlərdə kiçik qalalar tikirdilər. "Ağdam" sözünün qədim türk dilində mənası "kiçik qala" deməkdir.

Ağdamda bütün insanların diqqətini cəlb edə biləcək qeyri-adi bir muzey var - Çörək muzeyi. Burada unikal eksponantlar - çörək və taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdır. Eksponantlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, taxılçılığın, əkinçilik alətlərinin inkişafından bəhs edən müxtəlif materiallar vardır. Ermənilər heç bir prinsipləri gözləmir, kobud şəkildə işğal etdikləri ərazilərin təbiətini viranə qoyurlar. İşğal olunmuş ərazilərdə təbiətin ermənilər tərəfindən güclü ekoloji dağıntıya məruz qaldığı da istisna deyil. Aparılan müşahidə və tədqiqatların nəticəsində məlum olmuşdur ki, Ağdam rayonunun erməni işğalı altında olan Güllücə, Qərvənd, Göytəpə ərazilərində qəsdən yanğınların törədilməsi nəticəsində yaşıllıqlar tamamilə məhv edilmişdir. Rayonun Paprəvənd, Qalayçılar, Boy-Əhmədli kəndləri ərazilərində yanğın törədilmiş və yaşıllıqlardan heç bir əsər-əlamət belə qalmamışdır. Paprəvənd, Boyəhmədli kəndləri ərazilərində dağlar başdan-başa alov içindədir. Bu barədə, ekologiya və təbii sərvətlər nazirliyi tərəfindən rəsmi akt tərtib edilmişdir. Bir faktı da diqqətə çatdıraq ki, sərhəd zolağında müşahidə apararkən mütəxəssislər Orta Qışlaq kəndinin qarşısında ermənilər tərəfindən işğal olunaraq dağıdılmış Şıxlar kəndi ətrafında adi gözlə görünən yandırılmış ərazidə, iri həcmli ağacların qırılaraq avtomaşına yığıldığını görmüşlər. Maşınların yanında hərbçilərlə yanaşı, mülki geyimli şəxslərin də olduğu diqqətə çatdırılır. Həqiqətən də, Azərbaycanın turizm imkanlarını genişləndirilməsi baxımından bu meşələr, yaşıllıqlar əvəzsizdir. İşğal olunmamışdan əvvəl öz xüsusi gözəlliyi ilə seçilən bu yerlər indi uzun illərin xarabalıqlarını xatırladır. Bu ərazilərin ayrı-ayrı yerlərindən tüstü burulğanlarının qalxdığı da hər kəsə bəllidir. Həmin ərazidə tüstü burulğanları və yanğın nəticəsində Azərbaycana məxsus olan fauna və flora tamamilə məhv edilir. Bütün bunlar təbiətə qarşı zorakılıqdır. İşğalda olan Ağdam ərazisindən yaşı 400-dən çox olan çinar ağacının ermənilərin partlayıcı qurğu ilə necə dağıdılıb, doğranılması faktı isə daha acınacaqlıdır. Bütün bu hallar Azərbaycan turizm sektoruna zərbə vurmaqdadır.

Ağdam rayonu ərazisində xarici turistlərin diqqətini cəlb edə biləcək qədim memarlıq abidələri də çoxdur. Belə ki, Şahbulaq kəndindəki karvansara, Xanoğlan məqbərəsi, məscid, Pənahəli xanın sarayı və məqbərəsi, Xaçıntürbətli kəndindəki "Qutlu Musa oğlu" məqbərəsi, Papravənd kəndindəki iki məqbərə və bir məscid, Boz dağın şimal ətəklərində Çapılmış mağar məbədi, Qafqaz Almaniyası xristian dövrünə aid məbədlər bu qəbildəndir.

İşğalda olan Ağdam rayonunun Novruzlu və Yusifcanlı kəndlərinin ərazilərində həyatdan əsər-əlamət qalmadığı istisna deyil. Belə ki, vaxtilə bütünlüklə yaşıllığa qərq olmuş bu ərazilər indi erməni xisləti kimi sönük və vahiməlidir. Vaxtilə istirahətə və dincəlməyə gələn insan axınını indi ermənilərin silah və sursatları, vəhşi səsləri, terrorçu əməlləri əvəzləyir.

"Azıx" mağarası ermənilərin silah anbarına çevrilib

Ermənilər tərəfindən qəddarlıqla dağıdılan ərazilərdən biri də Azərbaycanın Xocavənd rayonudur. Hazırda rayon ərazisində mövcud olan təbii sərvətlər həmin torpaqlarda yerləşmiş erməni qoşunları tərəfindən talan edilməkdədir. Turizm məkanı üçün əlverişli olan ümumi sahəsi 25,5 min hektar olan meşə sahəsində əsasən palıd ağacları qırılaraq daşınmışdır. "Azıx" mağarası ermənilərin silah anbarına çevrilmişdir. Xocavənd rayonunun ərazisindən keçən Xocaşın çayının kənarlarında bitən təbii ağacların ermənilər tərəfindən məhv edilməsi faktını aşkar etmişlər.

Şuşa ekologiya və təbii sərvətlər idarəsinin Xocavənd rayonu üzrə nümayəndələrinin apardığı müşahidələr zamanı Xocavənd rayonunun Əmiralılar kəndinin yaxınlığında Böyük Oxlu dağının alovlanaraq yandığının şahidi olduqlarını aktlaşdırmışlar. Xocavənd rayonunun Qaradağlı kəndinin yaşlı üzüm bağının təxminən 35-40 hektarının ermənilər tərəfindən yandırıldığını öz gözləri ilə gördüklərini təsdiq edir və aktlaşdırmışlar.

Xocavənd erməni qəsbkarlarının əlində od-alov püskürtülərini reallaşdırmaq məqsədi ilə əlverişli məkana çevrilib. Gözəllik nümunəsi olan bu mərkəzlər cinayətkarlar yuvasını xatırladır. İşğal edilmiş Qarabağ ərazisində məskunlaşmış əfqanlar ermənilərlə birlikdə narkotik xassəli bitkiləri əkib becərərək, onlardan narkotik vasitələr istehsal edirlər. Bu asan yol ermənilərin biznes qurmaları üçün daha əlverişlidir.

Xocavənd rayonunun Yelli Gədik sahəsində Füzuli rayonuna gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədi ilə əkilmiş ağacların kəsilmiş kötükləri qalıb. Bir ədəd də olsun kök üstə dik ağac yoxdur. Həmin yolun sağ hissəsində böyük bir sahədə ağacların yanğın nəticəsində məhv olduğu aydın görünür. Ermənilər işğal etdikləri Xocavənd rayonunun ərazisində işğal altında saxladıqları "Nərgiz təpə" və "Qara çux" istiqamətində əraziyə od vurmuşlar. Yanğın Xocavənd rayonunun azərbaycanlılar yaşayan əraziləri keçməklə "Nərgiz təpə" və "Qara çux" adlanan sahələri bütünlüklə yandıraraq məhv etmişdir. "Nərgiz təpə" qoruq-abidə ərazisi olduğuna görə, orada çox qədim dövrə malik olan qəbir daşları yanğın nəticəsində parçalanaraq yararsız vəziyyətə düşmüşdür. Yanğın zamanı bütün ərazinin torpaq örtüyünün üst qatı və ərazinin bitki örtüyü məhv edilmişdir. Orada olan fauna və floradan əsər-əlamət qalmamış, ərazidəki ağaclar yanaraq məhv olmuşdur.

Azərbaycan üçün böyük turizm məkanına çevriləcək bu ərazilər ermənilərin əlində bayquş yuvasını xatırladır ki, həmin yerlərdə nəinki xarici qonaqlar istirahət etmək üçün gələr, heç cəhənnəmin ən tükürpədici səsli quşları belə qanad salmazlar.

(Ardı var)

NƏZAKƏT

ƏLƏDDİNQIZI


Digər xəbərlər