"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 6-da Ağ Evin İqtisadi Şurasının sədri Ostan Qulsbi istefaya çıxdığı haqda bəyanat vermişdir. Agentlik O.Qulsbinin Çikaqo Universitetində müəllimlik fəaliyyəti ilə məşğul olacağını bildirir. Agentlik qeyd edir ki, O.Qulsbi ABŞ prezidenti Barak Obama ətrafından getdikdən prezidentin seçilməsindən sonra onun iqtisadi komandası tərkibində yalnız maliyyə naziri Timoti Qaytner qalacaqdır.
O.Qulsbi və B.Obama Çikaqo Universitetində müəllim işləyərkən tanış olmuşdular. Sonralar O.Qulsbi B.Obama 2004-cü ildə Senata seçilərkən ona kömək etmişdir. O.Qulsbi 2008-ci ildə B.Obamanın prezident seçkiləriönü kampaniyasında ona yardımçı olmuşdur. O.Qulsbi Ağ Evin İqtisadi Şurasının sədri vəzifəsində bir ildən də az müddətdə qalmışdır.