Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə regionda hərbi-siyasi durum və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.