"Hazırki mərhələdə həmsədrlər tərəfindən hazırlanan "Yeniləşdirilmiş Madrid prinsipləri"nin razılaşdırılmamış detallarının həllini tapacağı bir sənəd üzərində müzakirədən söhbət gedir". Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin indiki mərhələsini şərh edərkən deyib.
E.Poluxov bildirib ki, müzakirə olunan sənəddə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər iki icmanın iştirakı ilə bu bölgənin öz müqəddəratını təyinetmə mexanizmindən söhbət açılır: "Bunu referendum adlandırmaq yanlışdır. Referendum respublikanın bütün ərazisində keçirilən bir prosesdir".