PDF Oxu

Sosial

  • 13

“Siyasi partiyalar haqqında” qanunun qəbulu və partiyaların maliyyələşməsi məsələləri demokratik prinsiplərin tərkib hissəsidir

“Siyasi partiyalar haqqında” qanunun qəbulu və partiyaların maliyyələşməsi məsələləri demokratik prinsiplərin tərkib hissəsidir
"Siyasi partiyalar haqqında" qanunun qəbulu və siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi hazırda gündəmdə olan əsas məsələlərdəndir. SİA-ya açıqlamasında ayrı-ayrı siyasi partiya rəhbərləri və təmsilçiləri də, bu məsələ ilə bağlı fərqli fikirlər səsləndirirlər.
"Siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi məsələsi gündəmə gəlməklə bunun ciddiliyi nəzərə alınmalıdır. Bunu Vəhdət Partiyasının sədri Tahir Kərimli sadalanan məsələ ilə bağlı öz mövqeyini ifadə edərkən deyib. Qeyd edib ki, Azərbaycanda kifayət qədər ictimai şüura təsir edən, eyni zamanda, ətrafında iki nəfəri belə cəm etməyən partiyalar mövcuddur. "Mən elə hesab edirəm ki, "Siyasi partiyalar haqqında" qanun çox ciddi bir məsələdir. Çünki ölkədə hədsiz dərəcədə çoxlu partiyalar var ki, onlar yalnız bir sədrdən ibarətdir. Onların bir partiya kimi fəaliyyətləri də nəzərə çarpmır. Amma çox təəccüblüdür ki, onlar rəsmi şəkildə qeydiyyatdadırlar. Bu da, cəmiyyətdə, həqiqətən də, anarxizm yaradır. Ona görə də, mən hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi ilə bağlı təklifi çox düzgün təklifdir" deyən T.Kərimli siyasi partiyaların yenidən qeydiyyatdan keçirilməli olduğunu söyləyib. "Dəqiq bilinməlidir ki, həqiqətən də, strukturları, üzvləri, kifayət qədər bazası olan partiyalar yenidən qeydiyyatdan keçsin. Müxalifət nümayəndələrinin isə bu məsələnin əleyhinə çıxmalarını onların getdikcə öz dayaqlarını itirmələri ilə izah etmək olar. Çünki son olaylardan da, açıq gördülər ki, xalq birmənalı şəkildə müxalifətin bədnam niyyətlərindən imtina edir. Eyni zamanda, bir çox partiyalar var ki, onlar öz ətraflarında digər müxalifət qurumlarını da cəm edib görüntü yaratmağa çalışırlar. Bunların sırasında Müsavat partiyası, AXCP (i)-ni xüsusi ilə qeyd etmək lazımdır. Bu cür partiyalar ətraflarına yedək partiyalar yığaraq, bloklar, birliklər yaradırdırlar. Beləliklə də, özlərini böyük göstərib xaricilərin nəzərinə səbəb olmağa çalışırlar. Onların məhz belə bir fürsəti əllərindən çıxacaqlarına görə, bu cür mühüm məsələlərə qarşı çıxırlar" deyə T.Kərimli əlavə edib.
"Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı bir çox prinsiplərin burada öz əksini tapmasını arzulayırıq. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa "Siyasi partiyalar haqqunda" qanun layihəsinin qəbulu ilə bağlı səslənən fikirlərə öz münasibətini açıqlayarkən belə deyib. O bildirib ki, BQP bu məsələyə geniş, kompleks şəkildə baxılmasının tərəfdarıdır. "Partiyaların yenidən qeydiyyatdan keçməsini heç də doğru hal kimi qəbul etmək olmaz. Hesab edirəm ki, "Siyasi partiyalar haqqında" qanun"da ciddi dəyişikliklər aparılmalıdır. Burada fəaliyyətləri heç bir halda müşahidə olunmayan partiyaların fəaliyyətini dayandırma mexanizmi doğru tapılmalıdır" deyən F.Mustafa seçkilərdə və ümumiyyətlə iki seçki prosesində iştirak etməyən partiyaların fəaliyyətinin dayandırılması bağlı konkret qərarın verilməsinin daha məqbul olduğunu dilə gətirib. F.Mustafa partiyaların yenidən qeydiyyatdan keçmək məsələsinə görə addımın atılmasının bir az yanlışlığa səbəb ola biləcəyini də söyləyib. "Eyni zamanda, belə bir addımın atılması, öz növbəsində, beynəlxalq təşkilatların iradlar irəli sürməsinə gətirib çıxarar. Sadəcə olaraq, fəaliyyətsiz partiyaların fəaliyyətinin dayandırılmasına dair müvafiq bir maddələr nəzərdə tutulması daha məqbul variantdır. Digər tərəfdən partiyaların ədalətli maliyyələşməsi həll olunarsa, həm parlament daxilində, həm də, parlamentdən kənarda cəmiyyət daxilində elektoratı, nüfuzu olan partiyaların maliyyələşmənin subyekti olması mümkündür. Ona görə də, qanun əgər dəyişdirilirsə, burada məhdudlaşdırıcı varianta getmək, əslində, ziyanlı bir addım olar. Burada da çox demokratikləşmə və partiyaların rolunun artırılması istiqamətində dəyişiklər edilməsi vacibdir" deyə F.Mustafa əlavə edib.
Tapdıq Qurbanlı

Digər xəbərlər