PDF Oxu

Sosial

  • 9

“Sərhəd” hərbi-idman oyunları qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

“Sərhəd” hərbi-idman oyunları qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Dünən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) binasında "Sərhəd" hərbi-idman oyunlarında iştirak etmiş və fərqlənmiş məktəblilərin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə dövlət sərhəd xidmətinin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirliyinin nümayəndəsi Səfər Sahibov və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. DSX-nin rəsi müavini M.Abbasquliyev öz çıxışında bildirdi ki, dünyada gənc nəslin mənəvi-ideoloji tərbiyəsi, təhsili, fiziki hazırlığı məsələlərinə xüsusi diqqət ayrılır. Eyni zamanda, gənclər hər bir xalqın gələcəyini müəyyənləşdirən təbəqə kimi qəbul olunur. Onun sözlərinə görə, sağlam, təhsilli, bacarıqlı vətənpərvər gənclərin yetişdirilməsi məqsədi ilə Azərbaycanda uğurlu siyasət həyata keçirilir: "Respublikamızda həyata keçirilən gənclərlə bağlı mənəvi-ideoloji iş daim diqqət mərkəzində saxlanılır. DSX bu sahədə bir sıra tədbirlər görür. Həmin tədbirlər sırasında "Sərhəd" hərbi-idman oyunları xüsusi yer tutur. Artıq ənənə şəkli almış bu oyunlar DSX rəisinin, təhsil nazirinin, gənclər və idman nazirinin birgə qərarı əsasında keçirilir və gənc nəslin Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə olunmasında, sağlam gənclər yetişdirilməsində, gənclərdə sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynayır".
Sonra hərbi-idman oyunlarında iştirak edən komandalar haqqında danışan general-mayor sözlərinə əlavə olaraq, qeyd ki, Azərbaycan sərhəd mühafizəsinin 93-cü ildönümü ərəfəsində keçirilən növbəti "Sərhəd" hərbi-idman oyunlarında 28 sərhədyanı rayonun 202 məktəbindən 1010 şagird iştirak edib: "Bu yarış 3 mərhələdən ibarət olub. Aprel ayında start verilən oyunlar may ayında yekunlaşıb və final turniri iyunun 2-dən 10-a kimi Dövlət Sərhəd Xidməti Akademiyasının bazasında keçirilib. Final mərhələsində isə 3 komanda qalib olub. Naxçıvanın Ordubad rayonunun internat məktəbi III, Qəbələnin Vəndam kəndinin komandası II yer, İmişlinin Qızılkənd komandası isə I yeri tutub. Qalibləri təbrik edir, onlara gələcək fəaliyyətində uğurlar arzulayıram".
Daha sonra tədbirdə çıxış edən digər qonaqlar da qalibləri təbrik edib və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar. Tədbirin sonunda qalib gəlmiş hərbi-idman komandaları xüsusi mükafatlara və kuboka layiq görülüblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başa çatdırılıb.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər