PDF Oxu

Sosial

  • 4

Səfər Əbiyev Brüsseldə İSAF əməliyyatlarına töhfə verən qeyri-NATO dövlətləri ilə keçirilmiş görüşdə iştirak edib

Səfər Əbiyev Brüsseldə İSAF əməliyyatlarına töhfə verən qeyri-NATO dövlətləri ilə keçirilmiş görüşdə iştirak edib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Brüsseldə NATO müdafiə nazirlərinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatlarına töhfə verən qeyri-NATO dövlətləri ilə keçirilmiş görüşdə iştirak edib. Azərbaycanın NATO yanında nümayəndəliyindən APA-ya verilən məlumata görə, NATO Mərkəzi Qərargahında keçirilən görüş zamanı nazirlər ISAF əməliyyatının hazırkı vəziyyəti, o cümlədən rəhbər rolun Əfqanıstan tərəfinə ötürülməsi və ondan sonrakı vəziyyət, Əfqanıstan təhlükəsizlik qüvvələrinin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin iclasda Əfqanıstanda qanunun aliliyinin gücləndirilməsi məqsədilə NATO-nun Hüququn Aliliyi üzrə Sahə Dəstək Missiyası təsdiq edilib. Bundan başqa, nazir Səfər Əbiyev həmin gün NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Ceyms Appaturayı qəbul edib. Görüşdə tərəflər Azərbaycan-NATO münasibətlərini, NATO ilə qarşılıqlı operativ uzlaşmanın artırılması, ölkəmizin ISAF əməliyyatına töhfəsi və digər məsələləri müzakirə edib və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində nazir Səfər Əbiyev Polşanın müdafiə naziri Boqdan Kliç ilə görüşüb və görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Digər xəbərlər