PDF Oxu

Sosial

  • 8

Misirdə İsrail casusu həbs edilib

Misirdə İsrail casusu həbs edilib

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Misirdə "casusluq məqsədi ilə Misirin iqtisadiyyatına və siyasi maraqlarına zərər vuran" kişi həbs edilmişdir. Hələlik, onu 15 günlüyünə həbs etmişlər. "Röyters"in məlumatına görə, həmin şəxs keçmiş prezident Hüsnü Mübarək devrildikdən sonra, Təhrir meydanında baş vermiş xalq həyəcanlarında fəal iştirak etmiş və gəncləri ordu ilə qarşıdurmaya səsləmişdir. Agentlik xəbər verir ki, o, gənclərə bu məqsədlə pul təklif edirdi. Misirin "MENA" agentliyinin məlumatına görə, həbs edilən şəxs "Mossad"la əməkdaşlıq edirdi. Agentlik həmin şəxsin adını ərəb əlifbası ilə çəksə də, həmin hərfləri latın əlifbasına çevirmək çətinliyi üzə çıxmışdır.

Agentlik Misirin Xarici İşlər Nazirliyindən şərh ala bilməmişdir. İsrailin Xarici İşlər Nazirliyi isə insidentdən xəbərsiz olduğunu bildirmişdir.

Digər xəbərlər