"The Daily Telegraph" qəzetinin yazdığına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Leon Panetta Pakistan hökumətini silahlı qruplaşmalarla əməkdaşlıqda ittiham etmişdir. L.Panetta bu bəyanatını İslamabada səfəri zamanı vermişdir. Həmin görüşdə Pakistanın quru qoşunlarının generalı qərargah rəisi Aşvaq Pərviz Qayani və Pakistan nazirliklərarası kəşfiyyat idarəsinin (İSİ) generalı Əhməd Şuca Paşa iştirak edirdi. MKİ-nin direktoru iki qruplaşma silahlılarının düşərgələrinin yeri haqda kəşfiyyat məlumatlarını görüşdə qarşıduran tərəflərə təqdim etmişdir. Burada söhbət Şimali Vəziristanın paytaxtı Miranşahda yerləşən "Haqqani" qruplaşmalarının bazasından və Cənubi Vəziristanda yerləşən "Əl-Qaida"nın düşərgəsindən gedir. MKİ-nin əldə etmiş olduğu videoyazılarda terrorçuların bazalarında Qayani və Paşanın da olduqları da görünür. Pakistan hərbçiləri düşərgəyə yaxınlaşarkən, onların hər ikisi hadisə yerini tərk etmişdir.
"Fox Nyus" telekanalının məlumatına görə, MKİ direktorunun başlıca məqsədi ABŞ və Pakistan hərbçiləri arasında əməkdaşlıq əlaqələri yaratmaq olmuşdur. "Dawn" nəşrinin yazdığına görə, Panettanın Pakistan səfərini uğursuz hesab etmək olar. Çünki o, yalnız Qayani və Paşa ilə görüşmüş, daha sonra isə Pakistan prezidenti Asif Əli Zərdari və baş nazir Yusif Reze Gilani ilə görüşmədən ölkəni tərk etməli olmuşdur. Beləliklə, Panetta iki ölkə arasında hərbi əməkdaşlıq haqqında heç bir razılaşma sənədi imzalaya bilməmişdir.