PDF Oxu

Sosial

  • 11

ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia Ermənistana səfəri zamanı ölkənin xarici işlər naziri Edvard Nalbadnyanla görüşüb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, görüş zamanı iki ölkə arasında mövcud olan münasibətlər, Ermənistanda insan haqları və maraq doğuran məsələlər müzakirə olunub. Regiona səfər çərçivəsində ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia İyunun 15-də Azərbaycana gələcək. O, Azərbaycanın rəsmi şəxsləri, vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri və media nümayəndələri ilə görüşəcək.

Digər xəbərlər