PDF Oxu

Sosial

  • 8

Milli Qurtuluş Azərbaycanın xilas tarixidir

Milli Qurtuluş Azərbaycanın xilas tarixidir

Dünən Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının təşkilatçılığı ilə Quba Telekommunikasiya Qovşağı ilk partiya təşkilatında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib. Konfransda YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev giriş sözü ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin qətiyyətinin xalqa ruh yüksəkliyi gətirdiyini, millətin inamını özünə qaytardığını, sabitlik və əmin-amanlığın bərqərar olduğunu söylədi. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, Onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır.

YAP Quba rayon təşkilatının sədr müavini, Quba Telekommunikasiya Qovşağının rəisi Nazim Əliyev də çıxışlarında vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsil qurtuluş tarixi olduğunu vurğuladılar. Konfransın digər çıxışçıları da, Azərbaycan tarixində 15 İyun Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs etdilər. Tədbirin sonunda YAP Quba rayon təşkilatının sıralarına qəbul olunmun bir qrup gəncə üzvlük vəsiqələri təqdim olundu.

Tapdıq Qurbanlı

Digər xəbərlər