PDF Oxu

Sosial

  • 12

İran yerin orbitinə növbəti peyk çıxarıb

İran yerin orbitinə növbəti peyk çıxarıb

"Frans Press" informasiya agentliyinini yaydığı məlumata görə, İran yerin orbitinə "Rassad-1" süni peyk çıxarmışdır. Kosmik aparat "Safir" raket daşıyıcısının köməyi ilə 260 kilometr yüksəkliyə qaldırılmışdır. "Rassad-1" sutka ərzində yerin ətrafına 15 dəfə dövrə vurur və onun şəkillərini çəkir. Süni peyk 2 ay ərzində tədqiqat aparacaqdır.

"Rassad-1" aparatı Tehranın Malik Əjdər Texnoloji Universitetində yaradılmışdır. "Rassad-1"-in uçuşa hazırlanması 2010-cu ilin iyunundan məlum olmuşdur. Kosmik aparat 2010-cu ilin avqustunda yerin orbitinə çıxarılmalıdır. İranın kosmik proqramı 2008-ci il fevralın əvvəlində başlamışdır. İlk kosmik gəmi 2009-cu ilin fevralında orbitə çıxarılmışdır. Onun adı "Omid" olmuşdur və bir ay işlədikdən sonra atmosferə daxil edilərək yanmışdır. 2011-ci ilin martında İran "Kavoşkar-4" raketini orbitə buraxmışdır. Raketin içərisində test kapsulu olmuşdur.

İranın kosmik proqramı Qərb ekspertləri tərəfindən "hərbi mövqeli" raket kimi qiymətləndirilmişdir. Qərbdə belə hesab edirlər ki, Tehran nüvə başlıqlı raketlər yarada bilər.

Digər xəbərlər