PDF Oxu

Sosial

  • 42

YUNESKO-nun Dünya İrs Komitəsinin 35-ci sessiyası keçirilib

YUNESKO-nun Dünya İrs Komitəsinin 35-ci sessiyası keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, Parisdə YUNESKO-nun qərargahında Dünya İrs Konvensiyasının həyata keçirilməsinə nəzarət edən Dünya İrs Komitəsinin 35-ci sessiyası keçirilib. Ölkəmizin müşahidəçi qismində təmsil edilməsinin təmin olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, habelə YUNESKO yanında daimi nümayəndəliyimizin əməkdaşları və digərləri iclasda iştirak ediblər.

İclasın açılış mərasimində komitənin sədri Bəhreyn Krallığının mədəniyyət naziri xanım May Bint Muhəmməd əl-Xəlifə, YUNESKO-nun icraçı katibi xanım İrina Bokova və digərləri çıxış edərək, Dünya İrs Konvensiyasının yaranmasından, həmin tarixdən keçən 40 il ərzində YUNESKO tərəfindən görülmüş işlərdən bəhs etmiş, konvensiyanın bəşəriyyətin gələcəyi üçün oynadığı mühüm rolu qeyd ediblər.

10 gün ərzində Dünya İrs Komitəsi tərəfindən 169 ədəd dünya irsinə baxılıb. Onların 34-ü Təhlükədə olan Dünya İrs siyahısında, 37 ədədi Dünya İrs Siyahısına qəbul edilmək üçün irəli sürülmüş, digərləri isə artıq Dünya İrs Siyahısında olan və onların qorunması üçün yerləşdikləri ölkələr tərəfindən görülən işlərin nəzərdən keçirilməsi üçün iclasın gündəliyinə daxil edilib və Dünya İrs Komitəsi davam edən müzakirələrdən sonra 25 ədəd yeni ərazini YUNESKO-nun Dünya İrs siyahısına, 2 ədəd abidə Təhlükədə olan Dünya İrs Siyahısına daxil edilib. Bir ədəd ərazi isə (Manas Wildlife Sanctuary (İndia) görülmüş tədbirlər nəticəsində Təhlükədə olan Dünya İrs Siyahısından çıxardılaraq Dünya İrs Siyahısına əlavə edilmişdir. Bununla da 1972-ci ildə qəbul edilmiş Dünya İrs Konvensiyasının 40 illiyi ərəfəsində Dünya İrs Siyahısında 936 ədəd ərazi və abidə mövcuddur. Onlardan 183-ü təbii, 725-i mədəni, 28 ədədi isə qarışıq ərazi və abidələrə aid edilir.

İclasın son günü 2012-ci ildə keçiriləcək Dünya İrs komitəsinin 36-cı sessiyasının gündəliyi qəbul edilib.

Qeyd edək ki,iclas zamanı YUNESKO-nun Dünya İrsinin ilkin siyahısında olan 6 ədəd tarixi abidəmizin Dünya İrs Siyahısına daxil edilməsi üçün lazım olan prosedurlar, digər ölkələrin təcrübələri öyrənilmiş, digər ölkələrin nümayəndələri ilə qeyri-rəsmi görüşlər keçirilmiş və gələcəkdə Azərbaycan Respublikasının Dünya İrs Komitəsinə üzv seçilməsi üçün müvafiq təbliğat işləri aparılmışdır. Eyni zamanda, sessiyada iştirak edən nümayəndələr o cümlədən, Ukrayna, Latviya, Avstriya, Fransa və digər ölkələr, 7-9 aprel 2011-ci il tarixində Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu xatırlayıb və tədbirin yüksək səviyyədə keçirildiyini bildiriblər.

Digər xəbərlər