PDF Oxu

Sosial

  • 36

ADP “İctimai Palata”nın bacara bilmədiklərini etmək iddiasına düşüb

ADP “İctimai Palata”nın bacara bilmədiklərini etmək iddiasına düşüb

Son zamanlar radikal müxalifət düşərgəsində daha təlatümlü və qərəzli münasibətlər sezilməkdədir. Düşərgədə sanki əzəli rəqiblər arasında bir qədər səngimiş münasibətlər yenidən alovlanıb. Çünki hazırda müxalifət düşərgəsində olan hər kəs bir-birinin əleyhinə gedir, yaradılmış birlik və toplumlara qarşı alternativlər meydana çıxır. Bu da, birmənalı şəkildə, müxalifət düşərgəsindəki çaxnaşmaların, fikir ayrılıqlarının daha da dərinləşməsinə, münasibətlərdəki gərginliyin daha da, dərinləşməsinə imkan yaradır.

Bu mənada, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "İctimai Palata"nın bu günə qədər olan fəaliyyətini heçə sayaraq, onun əsas hədəfdən uzaqlaşdığını, sonda isə yararsız bir quruma çevrildiyini iddia edir. S.Cəlaloğlunun fikrincə, "İctimai Palata" qarşıya qoyulan məqsədlərə çatmaq üçün real gücə və imkanlara malik deyil. O, bunun açıq şəkildə hər kəs tərəfindən müşahidə olunduğunu və kənar qüvvələrin bu qurumu tamamilə öz əsarəti altına alması ilə əsaslandırıb. Digər bir yandan S.Cəlaloğlu adıçəkilən qurumda təmsil olunan və özlərini burada daha çox aparıcı şəxs kimi təqdim edənlərin yanlış yol tutmalarının da prosesin axarına öz təsirini göstərdiyini qeyd edib. Bir müddət öncə, o, partiya üzvlərinin "İP"-dən çıxacağını açıqlasa da, sonradan ona fikrinin əksinə olaraq müəyyən addımlar atılmışdı.


"Pənah Hüseynov baxıb görsün ki, işi necə görürlər"


Ötən gün isə ADP sədrinin müavini Həsrət Rüstəmov "Səs"ə açıqlamasında "İctimai Palata"nın "kölgə kabineti" ideyasının çoxdan iflasa uğradığını və bu "iş"in onlar tərəfindən yerinə yetirilmədiyini bildirib. Çünki bir neçə gün öncə, H.Rüstəmov az qala öz sədrinin əleyhinə çıxaraq, "İctimai Palata"da qalacağını və hələlik, buranı tərk etmək niyyətinin olmadığını bildirmişdi. Amma aradan cəmi iki gün keçməmiş H.Rüstəmov səsləndirdiyi fikrin əleyhinə gedərək, "İP"-in fəaliyyətini tamamilə pisləyib. O, ADP ətrafında müxalifətin "kölgə kabineti"nin yaranması məsələsinə diqqət çəkərək, prosesin daha real şəkildə getdiyini iddia edib. Azərbaycan müxalifətində "xalq kabineti"nin yaradılması ilə bağlı müzakirələrin gedişatı göstərir ki, bizim "kölgə parlamenti" ilə bağlı təklifimiz daha real, dayanıqlı və perspektivlidir deyə H.Rüstəmov əlavə edib.

O, qeyd edib ki, bu gün müxalifət adından danışan və onun qərarlarını öz qərarları hesab edən qüvvələr, əslində, heç bir təsir imkanlarına və real güc mərkəzlərinə malik deyillər.


"İctimai Palata" "xalq parlamenti" ideyası arxasınca sonadək gedə bilmədi


"İctimai Palata"nın özü də "xalq parlamenti" ideyası ətrafında formalaşmışdı. Amma təəssüflər olsun ki, qurum sonadək bu ideyanın arxasınca gedə bilmədi və çox qısa müddətdən sonra "İctimai Palata" müxalifət düşərgəsindəki siyasi partiyaların koordinasiya mərkəzi funksiyalarını yerinə yetirməyə başladı. Beləcə, ilkin ideya yaddan çıxdı. Biz isə həmin ideyanın davamlı şəkil almasını istəyirik. Bilirik, asan iş deyil"-deyə H.Rüstəmov vurğulayıb.


Tapdıq Qurbanlı

Digər xəbərlər