PDF Oxu

Sosial

  • 21

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının

Rövşən Ağamalıyev: "Məqsədimiz şəhid, əlil, qaçqın, aztəminatlı ailələrin və valideyn himayəsindən məhrum olan yeniyetmələrin təhsil-sosial problemlərinin həllinə kömək etməkdir"

Dünən "Səs" İnformasiya Agentliyinin konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin "Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrin sosial problemlərinin həllinə kömək" layihəsi çərçivəsində "Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrin sosial hüquqları" kitabının təqdimatı keçirilmişdir.

Həyata keçirilən layihənin əsas məqsədi "Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrə edilən güzəştlər" haqqında Azərbaycan Respublikası qanunlarının yerlərdə müvafiq icra orqanları tərəfindən tətbiq olunmasına nəzarət etmək, dövlət və özəl ali məktəblərdə təhsil alan aztəminatlı şəhid, əlil, qaçqın və valideyn himayəsindən məhrum olunmuş yeniyetmələrin təhsil-sosial problemlərinin həllinə kömək edərək, onlara diqqət və qayğını artırmaqdır.

Layihənin rəhbəri, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi ictimai birliyinin sədri Rövşən Ağamalıyev öz çıxışında qeyd etdi ki, təşkilata daxil olmuş müraciətlərə əsasən və aparılan araşdırmalar nəticəsində bəzi dövlət və özəl ali məktəblərdə təhsil alan aztəminatlı şəhid, əlil, qaçqın və valideyn himayəsindən məhrum olunmuş yeniyetmələrin müəyyən təhsil problemləri ilə üzləşdikləri məlum olmuşdur: "Dövlət və özəl ali məktəblərdə təhsil alan aztəminatlı şəhid, əlil və valideyn himayəsindən məhrum olunmuş yeniyetmələr təhsil haqqını ödəməkdə çətinliklə üzləşirlər. Bəzən onlar təhsil haqqını ödəyə bilmədikləri üçün onlar oxuduqları məktəbələrdən xaric edilirlər. Qaldırdığımız bu problemlər çox ciddi problemlərdir".

Tədbirdə çıxış edənlər sonda bildirdilər ki, həyata keçirilən layihə çərçivəsində dərc edilən "Müharibədən zərər çəkmiş və aztəminatlı ailələrin sosial hüquqları" kitabı aztəminatlı ailələrə və onların ailə üzvlərinə yardımçı olacaq.


R.RƏSULOV

Digər xəbərlər