Azərbaycan gələcəkdə özünün elektrik enerjisi təminatı və istehlakını alternativ enerji mənbələri hesabına tam təmin edə biləcək. APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib. Onun sözlərinə görə, alternativ enerji istehsalı investisiya baxımından kapital tutumlu sahədir: "Yalnız Azərbaycanda Prezidentin təşəbbüsü və konsepsiyasına uyğun olaraq bu layihələri tez bir zamanda xərcini tez ödəməklə reallaşdırmaq mümkün olacaq. Konsepsiya ilk növbədə dünyada ənənəvi enerji mənbələrinə tələbatın yüksək olmasından səmərəli istifadəni nəzərdə tutur".