"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Yaponiyada martın 11-də baş vermiş zəlzələ və sahilləri öz ağuşuna almış sunami yalnız 2011-ci ilin birinci yarısında ölkəyə 265 milyard dollar məbləğində zərər vurmuşdur. 2010-cu ildə baş vermiş təbii fəlakət dünya iqtisadiyyatına 130 milyard dollar məbləğində ziyan vurmuşdur. 2005-ci ildə baş vermiş təbii fəlakət dünya iqtisadiyyatına 220 milyard dollara başa gəlmişdir. Yalnız bir "Katrina" qasırğası Yeni Orlean şəhərini 80 faizini məhv edərək, ölkəyə 125 milyard dollar məbləğində ziyan vurmuşdur.
Yaponiya hökuməti 11 mart təbii fəlakətinin ölkəyə 210 milyard dollar həddində zərər vurduğunu bəyan etmişdi. Mart ayında Ümumdünya Bankı zəlzələnin Yaponiyaya 122 milyard dollardan 235 milyard dollaradək zərər vurduğunu hesablamışdır. 2011-ci ildə dünyada baş verən təbii fəlakət 20 min nəfərin həyatına son qoymuşdur. 2010-cu ildə baş vermiş təbii fəlakət isə 230 min nəfərin ölümü ilə nəticələnmişdir.